Yol polisini ələ salan sürücü - VİDEO

Bu ilin aprel ayında çəkilən bu video Youtube sosial şəbəkəsində müzakirələrə səbəb olub. Avtosfer.az-ın məlumatına görə, Bakı-Sumqayıt yolundakı Ekologiya postunda saxlanılan sürücü özünü polis baş leytenantı Həsənov kimi təqdim edən dövlət yol polisi (DYP) əməkdaşını əməlli-başlı ələ salır. Polisin qanuni tələbini yerinə yetirərək sənədləri təqdim etməyən sürücü saqqız çeynəyə-çeynəyə, saymazyana şəkildə hərəkətlər edib DYP əməkdaşının özündən sənəd edir. Sürücünün bu hərəkətləri və qeyri-müəyyən sualları qarşısında aciz qalan YPX əməkdaşı onu sərbəst buraxır. Hansı ki, DYP zabitinin dediyinə görə, həmin avtomobilin üzərində həbs var.
Bu video onu göstərir ki, həmin DYP zabiti hazırlıqsızdır və vəzifə səhlənkarlığına yol verir. Səbəb isə sürücünün ondan qanunun tələbi ilə sənədləri tələb etməsidir. Qanunun tələbinə qalsaydı, həmin DYP əməkdaşı hazırlıqlı olmalı, vəzifə borcunu mükəmməl bilməli və icra etməli, sürücünün tələbi ilə öz sənədlərini ona təqdim etməkdən sonra avtomobili cərimə meydançasına aparmalı idi. Daha peşəkar və hazırlıqlı polis olsaydı, müqavimət göstərən həmin sürücünü maşın qarışıq həbs edə bilərdi. Amma təəssüf ki, özündən razı, sanki, qanunları əzbər bilirmiş kimi davranan bu sürücünün bir-iki sözündən və tələbindən sonra DYP zabiti geri çəkilməli oldu. Sürücünü kobud davrandığına görə tənbeh edərək yola saldı.
Burada iki amil rol oynayır. Bəzən DYP əməkdaşı mental xüsusiyyətləri nəzərə alaraq maşında qadın, uşaq gördükdə «yola verir». Bəzən isə elə bu videodakı polis kimi, hazırlıqsız olurlar və özündən bir az hazırlıqlı sürücülərin qarşısında geri çəkilirlər. Hər halda, bu videoda DYP əməkdaşının acizliyi üzücü bir mənzərə idi.
Elməddin Muradlı
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirdi - FOTOLAR - VİDEO
Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO
Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü - FOTO
Qanunu bilməyən sürücü özünü gülməli duruma saldı: "Yaxşı edib..." - VİDEO
Qəbələdə narkotikin təsiri altında olan sürücü 15 gün HƏBS EDİLDİ - FOTO
Küləkli havada avtomobilləri qapalı məkanlarda park edin - DYP










