Yol polisini öz toyu günü işdən çıxardılar - QAYDA POZUB

Jezkazqan şəhərində yol-patrul polisini yol hərəkəti qaydalarını pozduğuna görə, öz toyu günü işdən azad ediblər. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi İdarəsinin rəhbərinin əmri ilə xidməti intizamı kobud şəkildə pozduğu üçün “Hüquq-mühafizə xidmətinə dair” qanunun 80-ci maddəsinə əsasən yol-patrul polisi daxili işlər orqanlarından azad edilib.
Yol hərəkəti qaydalarını polisin öz nişanlısı ilə getdiyi toy karvanının üç sürücüsü pozub.
Sürücülər sürəti artırıb maşınların arası ilə şütüyərək, avtomobillərə mane olublar. Dəfələrlə qəza təhlükəsi yaratdıqları üçün yol-patrul xidməti toy karvanını saxlayıb. Şəhər idarəsinin rəhbərliyi toyun idarə işçisinə aid olduğunu bildikdə polisi xidməti intizamı pozduğu üçün işdən azad ediblər.
Polis məhkəməyə əmrin ləğv edilməsi və vəzifəsinin bərpa edilməsi üçün müraciət edib. “Məhkəmənin qərarı ilə işdən azad edilməyə dair əmr qanuni elan edilib. Məhkəmə hesab edir ki, polis toy karvanının sürücüsünə xəbərdarlıq etməli, qayda pozuntusunun qarşısını almalı idi”,- məhkəmənin dəftərxanasında bildiriblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













