Yol polisini saymayan «Lexus» 10-MN-888 - VİDEO

Sosial şəbəkələrdə yol polisi əməkdaşının «saxla» əmrinə tabe olmayan «Lexus» markalı, 10 MN 888 dövlət nömrə nişanlı avtomobilin videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, videonun Bakı-Sumqayıt yolunda Baş Dövlət Yol Polisi İdarəsinin «Ekologiya postu»nun yaxınlığında çəkildiyi bildirilir. Bu il yanvarın 15-də çəkildiyi qeyd olunan videodan aydın olur ki, postun yanından Sulutəpə qəsəbəsinə gedən yola dönərkən yol polisi əməkdaşı «Lexus»a «saxla» iharəsi verir. Lakin avtomobilin sürücüsü nəinki saxlayır, heç tormoza da ayaq basıb sürəti azaltmır. Sanki heç nə olmayıbmış kimi yoluna davam edir.
Sosial şəbəkələrdə bu video ilə bağlı gedən müzakirələrdə oxucuların əksəriyyəti qeyd edib ki, həmin yol polisi əməkdaşı çox həmin qeyd olunan ərazidə dayanır və imkanı çatdığı qədər oradan keçən bütün avtomobillərə «saxla» işarəsi verir. Əksər maşınların sürücüləri isə saxlamadan hərəkəti davam etdirirlər. Elə bu videodan da görünür ki, «Lexus» saxlamadığı üçün yol polisi inspektoru arxadakı maşına əl eləyib, «saxla» işarəsi verir. Yəni, «o olmasın, bu olsun»…
Biz buna bir ad tapa bilmədik. Amma əgər həqiqətən də vəziyyət belədirsə, o zaman iki məsələ ortaya çıxır. Birincisi, ya yol polisi əməkdaşı öz məqsədi naminə haq-nahaq hamını saxlamağa çalışır, əksəriyyət də onu tanıdığı üçün saxlamırlar. İkincisi isə ortada həqiqətən qayda pozuntusu varsa və yol polisinə tabe olmayan sürücü məsuliyyətə cəlb olunmursa, bu da normal hal deyil. Çünki DYP əməkdaşı belə qayda pozuntularına göz yummamalıdır. Görünür, ortada nəsə başqa səbəb var ki, həmin yol polisi əməkdaşı ona əhəmiyyət verməyib avtomobili saxlamayan sürücülər barəsində heç bir tədbir görmür.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












