Yol polisini vuran «avtoş»un özü, atası və əmisi həbs olundu

Yol polisi 25 Noyabr 2014 00:52 Oxunub 5101
Yol polisini vuran «avtoş»un özü, atası və əmisi həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəbrayıl rayon sakini olan Müslüm Müslümzadə atasının ad günündə yol polislərini vurmuşdu

Bakıda yol polisini vurub qaçan «avtoş»un özü ilə yanaşı, yaxınları da cəzalandırılıb. Avtosfer.az bu barədə hələ iyunun 23-dən 24-nə keçən gecə məlumat vermişdi. Bildirmişdik ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə əməkdaşlarının iştirakı ilə keçirilən reyddə xoşagəlməz hadisələr yaşanıb. Gecə saat 01:45 radələrində «Neolit» restoranının yaxınlığında «avtoş»luq edən sürücü yol polisini vuraraq qaçıb. «Lada-Priora» markalı, 99 EM 020 dövlət nömrə nişanlı avtomobildə olan bir neçə nəfər yol polislərini döydükdən sonra onlardan birinət küt alətlə ağır xəsarət yetirib. 10 YP 505 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan iki yol polisi əməkdaşı «Mersedes ML» markalı avtomobili saxlayıblar. Avtomobilin sürücüsü və sərnişinlər sərxoş vəziyyətdə olub. Onlar yol polisinə müqavimət göstərsələr də, DYP əməkdaşları sürücünü tibbi müayinəyə aparmağa cəhd edib. Bu zaman maşında olan sərnişinlərdən biri köməyə dostlarını çağırıb. Az sonra «Priora» markalı avtomobil hadisə yerinə yaxınlaşıb. «Priora»dan düşən iki nəfər  yol polislərinə hücum çəkərək onları döyüblər. DYP əməkdaşlarından birinin burnu sınıb. Gənclərin məqsədi «Mersedes»i oradan qaçırmaq olub. Lakin bu niyyətlərinə nail ola bilməyiblər. Yol polisi əməkdaşlarından biri onların qaçmasına mane olub. Həmin DYP əməkdaşının radioqəbuledici vasitəsilə kömək çağırdığını görən «Priora»nın sürücüsü maşına minərək oradan uzaqlaşıb. «Mersedes»i isə apara bilməyiblər. Xüsusi vasitələrlə köməyə gələn yol polisi maşınlarından biri «Priora»nın qarşısını kəsmək istəyərkən sürücü DYP maşınını vuraraq qaçıb. Bir qədər sonra isə yolda daha bir DYP maşınının üstünə sürərək aradan çıxıb. Sürücünün avtomobili olduqca təhlükəli sürdüyünü görərək onu təqib etməsələr də, kameralar vasitəsilə bütün hərəkətlərinə nəzarət olunub. Heydər Əliyev prospektinə çıxan sürücü burada avtomobili yolun əksinə idarə edərək digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Az sonra isə avtomobilin «Keşlə bazarı» istiqamətində hərəkət etdiyi və orada gizləndiyi məlum olub. Yol polisləri və post-patrul xidmətinin əməkdaşları hazırda həmin avtomobili və sürücünü axtarsalar da, təxminən bir ay onu tapmaq mümkün olmayıb.

Yaralı yol polisi əməkdaşları təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onlar hazırda xidmətlərini davam etdirirlər. Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Araşdırmalar zamanı məlum olub ki, «Priora»nı sürən Müslüm Müslümzadənin atası Müzəffər Müslümzadə həmin gün öz yubileyini keçirirmiş. Toplantıdan sonra sərxoş vəziyyətdə sükan arxasına oturan 50 yaşlı ata yol polisləri tərəfindən saxlanıldıqda oğlunu köməyə çağırıb. Oğlu isə hadisə yerinə çatan kimi polisləri döyməyə başlayıb. Bu işdə ona atası və əmisi də kömək edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə araşdırmalar başa çatdırıb və iş materialları baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə «Priora»nın sürücüsü Müslüm Müslümzadə 7 il, atası Müzəffər 4 il, əmisi isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

şəmistan 10 Noyabr 2014 22:55
Salam axşamınız xeyir