Yol polisinin dronları sakinləri narahat edir – SƏBƏB

Belçikanın Limburq kommunasında polis yol hərəkəti qaydalarınş pozanlara qarşı dronlardan istifadə edir.
Avtosfer.az xəbər verir ki, dronlar patrulun görə bilmədiyi qayda pozuntularını aşkara çıxarır. Bunlardan ən geniş yayılanı velosiped zonalarındakı xətalardır. Qanunla velosipedçilər üçün ayrılmış zonalarda (söhbət Bakıdakı kimi cığırdan deyil, bütöv məhəllədən gedir) sürət limiti saatda 30 kilometrdir. Üstəgəl, bu ərazilərdə avtomobilin velosipedi ötməsi qadağan edilir. Qaydaya əksər sürücülər əməl etmir.
Lakin dronu geniş tətbiq etmək də mümkün olmur. Qanuna görə, polis dronunun üzərində aydın oxucacaq şəkildə “POLİCE” yazılmalıdır.
Yerli sakinlərin narahatlığı isə tam başqadır. Onlar hesab edirlər ki, dronlar xidmət zamanı evlərin içini də görə bilər. Bu isə birbaşa şəxsi həyata müdaxilə sayılır. Bu səbəbdən polis dronları geniş tətbiq edə bilmir, sürücülər isə bildikləri kimi davam edirlər.
Rəy sorğuları da göstərir ki, yerli əhali polis dronlarına təhlükəsizliyi qoruma deyil, büdcədoldurma vasitəsi kimi baxır.
Vüqar
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ












