Yol polisinin özü qaydanı pozdu; QƏZA ŞƏRAİTİ - VİDEO

Bu videomaterialı Avtosfer.az saytına göndərən oxucu hesab edir ki, bəzən Dövlət Yol Polisinin (DYP) əməkdaşları özləri də qaydaları kobud şəkildə pozur, qəza şəraiti yaradır. Elə bu videodakı görüntülər də bunu bir daha təsdiq edir. Gördüynüz kimi, üzərində DYP yazılan 10-JN-008 dövlət qeydiyyat nişanlı evakuatorun sürücüsü Nizami küçəsi ilə hərəkətin əksinə getməyi qəhrəmanlıq hesab edir. Sentyabrın 20-də, saat 10-dan 13:00-dək bir neçə dəfə Nizami və Puşkin küçələrinin kəsişməsinə qanunsuz olaraq daxil olan evakuatorda polis əməkdaşı da olub və yol kənarında dayanan avtomobilləri evakuasiya ediblər.
Diqqət edin, eyni yerdə, eyni qayda pozuntusunu mütəmadi təkrar edir.
1) "Giriş qadağandır" nişanının tələbini pozur;
2) Arxa dövlət qeydiyyat nişanını məharətlə gizlədib
3) Qəza şəraiti yaradır
4) Hərəkət iştirakçılarına açıqca hörmətsizlik edir.
Gəlin görək, yol polisinin bu əməlində qanun necə pozulub. Məsələ burasındadır ki, "Yol hərəkəti haqqında" Qanuna müvafiq olaraq, yalnız operativ nəqliyyat vasitələrinin hərəkət qaydalarından kənara çıxmaq səlahiyyəti var. Kommunal xidmətlərdə və yol işlərində istifadə olunan, üstündə sarı rəngli yanıb sönən xüsusi siqnalı olan nəqliyyat vasitələri isə yol xidməti ehtiyac olduğu halda yol nişanlarının və nişanlanma xətlərinin tələbindən kənara çıxa bilərlər. Amma evakuatorlar bunların heç birinə aid deyil, yəni onlar nə operativ nəqliyyat vasitələridir, nə də kommunal xidmət və ya yol tikintisi təyinatına malikdirlər. Ona görə də evakuatorların qaydaları pozması, nişanların tələblərindən kənara çıxması qadağandır. Buna yol verən evakuator sürücüləri adi sürücülər kimi cəzalandırılmalıdırlar.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












