Yol polisinin sürücüyə hücumu və ağır söyüşləri – YENİ VİDEO 18+

Avtosfer.az saytı xeberlent.az-a istinadən dövlət yol polisi əməkdaşı ilə sürücü arasında daha bir biabırçı dialoqun videosunu təqdim edir. İlk növbədə, videomaterialda işlədilən söyüşə görə üzr istəyirik. Amma bu cür görüntülər həqiqətən də ürək ağrıdır. Axı, dövlət qulluqçusu, üzərində dövlətin atributlarını daşıyan polis əməkdaşı belə olmalı deyil. Polis səbrli, təmkinli, qanunları üstün tutan və qanunla davranan, vətəndaşları da qanunlara əməl etməyə çağıran biri olmalıdır. Amma bu kadrlardan görürük ki, 10 YP 376 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili sürətlə hərəkət edərək yolayrıcında qəflətən dayanır. Arxadan siqnal verən sürücüyə isə hücum çəkərək onu təhqir edir. Elə sürücü də polisdən geri qalmır. Bir-birlərinə ağır söyüşlər söyürlər. Sonra isə hərə öz yoluna gedir. Göründüyü kimi, həm özü qayda pozur, yolu kəsir, qəza şəraiti yaradır, həm də adicə siqnal səsinə əsəbiləşib sürücüyə hücum çəkir. Bəs qanunlar harada qaldı, bəs yol polisinin keçdiyi təlimat necə oldu? Deyək ki, vətəndaş savadsızdır, kobuddur, qaydaları bilmir, bəs polisə nə olub?
Video bu il oktyabrın 29-da çəkilib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












