Yol polisinin xarici vətəndaşla ünsiyyətində problem olmayacaq – FOTOLAR

«Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi Bakıda 700-dən çox yol polisi əməkdaşına Azərbaycan-İngilis dilində sadə lüğət kitabçası paylayıb. Bu barədə məlumat verən təşkilat sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən «Yol polisi-sürücü münasibətlərinin araşdırılması, problemlər və perspektivlərin müəyyənləşdirilməsi, qanunların təbliği» adlı layihə uğurla davam etdirilir. Layihənin ilkin mərhələsində nəzərdə tutulan lüğət kitabçası sırf yol polislərinə aiddir. Burada da məqsəd odur ki, DYP əməkdaşları ölkəmizdə keçirilən İlk Avropa Oyunlarında iştirak edən xarici vətəndaşlarla rahat şəkildə ünsiyyət qura bilsinlər: «Bu kitabçada yol polislərinə aid terminlər çoxdur. Məsələn, yol polisi özünü necə təqdim etməlidir, istiqaməti necə başa salmalıdır, xarici vətəndaş tərəfindən törədilən inzibati xətanı necə izah etməlidir və s. məqamları rahatlıqla izah etmək mümkündür. Çünki cümlələr tam şəkildə yazılıb və qarşısında da tərcüməsi qeyd olunub. Rütbələr, aylar, günlər, vaxt və digər məsələlərlə bağlı bilgilər də var. Ümumiyyətlə, bu kitabça vasitəsilə bir az savadı olan istənilən şəxs ingilis dilini bilən şəxslə rahatlıqla ünsiyyət qura bilər. Biz layihədə 300 kitabça nəzərdə tutulmasına baxmayaraq, öz imkanlarımız daxilində 500 ədəd çap etdirdik. Lakin sonradan məlum oldu ki, Bakı şəhərinə Avropa Oyunları ilə bağlı bölgələrdən də yol polisi əməkdaşları cəlb olunub. Bu üzdən, əlavə olaraq 200 ədəd də çap etdirməli olduq. Artıq kitabçaların hamısı şəxsən mənim və təşkilat üzvlərənin iştirakı ilə yol polisi əməkdaşlarına paylanılıb. Yol polisləri bu işimizi çox bəyəndilər».
Elməddin Muradlı bildirib ki, son günlər Bakıda apardığı müşahidələr əsasında yol polislərinin bu kitabçaya maraqla yanaşdığı ortaya çıxıb: «Özüm yaxınlaşıb soruşuram, məlum olur ki, kitabçanı maşında gəzdirirlər, bəzi əməkdaşlar 5-10 dəqiqə boş vaxt tapan kimi açıb oxuyurlar. Ümid edirik ki, bu kitabça yol polisi əməkdaşları üçün faydalı olacaq. Əsas odur ki, onların da öyrənməyə marağı və həvəsi olsun. Düşünürük ki, gələcəkdə yol polislərinin xarici dilləri daha dərindən öyrənməsi üçün geniş və davamlı layihələrə ehtiyac var».
Fidan
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO







































