Yol polisinin yanında qırmızıdan keçdi, qəza törətdi - VİDEO

Bakıda «VAZ-2107» markalı avtomobil tərəfindən törədilən bu qəza Neftçilər prospektində – Dəniz Vağzalının qarşısında baş verib. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəza nəticəsində bir neçə avtomobil əzilib. «28 may» tərəfdən sürətlə hərəkət edən «07» Dəniz Vağzalının qarşısındakı dayanacağa qəfil hücum çəkir. Sürəti azalda bilməyən sürücü əvvəlcə orada dayanmış bir avtomobilə çırpılır. Yola paralel dayanmış maşın zərbənin təsirindən yerində fırlanaraq cərgəyə girir. Bu zaman başqa iki avtomobilə də toxunaraq əzir.
Qeyd edək ki, həmin ərazidə 7 zolaqlı yol var. «07»nin sürücüsü hansı təfəkkürlə 7 zollağı keçib dayanacağa girmək istəyir, onu başa düşmək olmur.
Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Avtosfer.az-da elə həmin ərazidə baş vermiş digər yol qəzasının videosunu yaymışdıq. Həmin qəzada «Mersedes» markalı avtomobil yeddi zolağı keçib sola hərəkət etmək istəyərkən «VAZ-2106» markalı avtomobil tərəfindən vurulmuşdu.
Təqdim etdiyimiz bu videodakı ikinci yol qəzası Vaqif küçəsində qeydə alınıb. «Gənclik» metrostansiyası tərəfdən sürətlə hərəkət edən qara rəngli avtomobil svetoforun qırmızı işığında hərəkət edir. Çünki onun vurduğu ağ maşın hərəkətə başlayarkən digər avtomobillər də hərəkət edir. Deməli, həmin istiqamətdə yaşıl işıq yanır. Lakin qara avtomobil qırmızı işığın yanmasına və həmin ərazidə DYP əməkdaşının olmasına baxmayaraq, qırmızı işıqdan keçib və qəza törədib. Qəza nəticəsində hər iki maşın əzilip. Polis əməkdaşları isə hadisə yerinə gələrək sürücülərə yardım göstərirlər.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












