Yol polisləri «avtoş»un əl-qolunu bağlayıb zorla apardılar – ŞOK VİDEO

Oxuculardan biri Avtosfer.az saytına yol polisləri ilə sürücü arasında əlbəyaxa mübarizəni əks etdirən video göndərib. Video həmçinin, «Stop. Xam Azərbaycan» adlı facebook səhifəsində də yayılıb. Bildirilir ki, bu hadisə Binəqədi rayonu ərazisində baş verib. Videoda görünənlər isə həmin ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarıdır.
Məlumata görə, yol polisləri «avtoş»luq edərək polisə tabe olmayan sürücünü körpünün altında saxlaya biliblər. Sürücü onlara müqavimət göstərib. Polislər də güc tətbiq etməklə onun əl-qolunu bağlayıb aparıblar. Maraqlıdır ki, üç yol polisi ilə yanaşı bir nəfər də mülki şəxs bu prosesdə iştirak edir. Amma onlar saxladıqları şəxsi güclə zərərsizləşdirə bilirlər. Videodan aydın olur ki, ətrafdakı insanlar yol polislərinin bu hərəkətinə hiddətləniblər.
Avtosfer.az saytı xatırladır ki, «Polis haqqında» Qanunun 17-ci maddəsinə uyğun olaraq polis əməkdaşı Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququna malikdir. Bu Qanunun 26-cı və 27-ci maddələrində fiziki qüvvənin tətbiqinin qaydası və şərtləri təsbit edilib. Qanunvericiliyin tələbinə əsasən, hüquq pozuntusuna yol vermiş şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqda (məsələn, sənədlərini təqdim etməkdən imtina etdikdə, qaçmaq istədikdə, qanunsuz hərəkətlərini davam etdirdikdə və s.) əməkdaş onun tutulması üçün fiziki qüvvədən istifadə edə bilər. Hətta fiziki qüvvə yetərli olmadıqda, yaxud həmin şəxs təhlükəli hərəkətlər etdikdə qanunda müəyyən olunan tələblərə ciddi riayət etməklə xüsusi vasitələrdən (qandallardan, dəyənəkdən, tabel silahından və s.) istifadə oluna bilər. Lakin qanunun birmənalı tələbinə əsasən tətbiq olunan fiziki qüvvə və xüsusi vasitələr şəraitə, qanunazidd davranışa yol verən şəxsin hərəkətlərinə və s. uyğun olmalıdır. Məsələn, müqavimət göstərən şəxs fiziki qüvvənin tətbiqindən sonra müqavimət göstərməyi dayandırdısa, onun döyülməsinə və başqa bu kimi hərəkətlərə yol verilməməlidir. Hər bir halda qanunu pozan şəxsə tətbiq olunan fiziki qüvvə onun şərəf və ləyaqətini alçaltmağa yox, müstəsna olaraq belə şəxsin hüquqazidd davranışını neytrallaşdırmağa yönəlmiş olmalıdır.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












