Yol polislərinə etiraz edən sürücü açarları kanala atdı

Bu gün səhər saat 8-də Gəncə şəhəri yaxınlığındakı "Zazalı" postunun əməkdaşları «Nova» markalı iritutumlu yük avtomobilini saxladıqdan sonra sürücü ilə yol polisləri arasında insident yaşanıb. Moderator.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, yol polislərinin xəbərdarlığına əhəmiyyət verməyərək hərəkəti davam etdirən sürücü şəhərin tən ortasında kobud şəkildə saxladılıb və maşından düşürülüb. Mübahisənin qalmaqala çevrildiyini və əraziyə xeyli sayda kənar şəxslərin toplaşdığını görərək sürücünü patrul maşınına mindirib posta qaytarıblar. Amma sürücünün qışqıraraq "mən boş gəlirəmsə niyə pul verməliyəm" deyə etirazını bildirməsi kənardan aydınca eşidilirmiş.Yol polislərinin hadisə yerindəki avtomobilinin dövlət qeydiyyat nişanı 10 YP 837, «Nova» markalı yük maşının nömrəsi isə 99 ES 121 olub. Maşın "Baku Steel Kompany"-yə məxsus avtomobil olub.
Hadisədən 3 saat keçməsinə baxmayaraq yük avtomobilinin sürücüsünün açarları hirslənərək gücü çatdıqca yol kənarına tullaması üzündən gərginlik davam edib və Gədəbəyə zəng edərək ehtiyyat açarın gəlməsini gözləyirlər. Bildirilir ki, günorta saatlarınadək problem çözülməmiş qalıbmış və yol polisləri məsələnin böyüyərək Bakıya çatacağından bərk narahatçılıq keçirirmişlər...
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













