Yol polislərinin sürücüyə zorakı hücumu – BAKIDA - VİDEO

Deputat Rafael Cəbrayılov: «Görəsən, onun hansı üzdəniraq niyyətləri var ki, çəkiliş aparılmasını istəmir?»
Youtube-da Omar Mustafa adı ilə bu videonu yerləşdirən şəxs Dövlət Yol Polisi əməkdaşlarından şikayətlənib. Həmin şəxs bildirir ki, oktyabrın 25-də metronun «Koroğlu» stansiyası yaxılığında dövlət qeydiyyat nişanı 10-YP-548 olan DYP avtomaşınında xidmət aparan yol polisləri onu saxlayıb: «Bağırov Vüqar adlı DYP əməkdaşı avtomobilimə yaxınlaşdı və mən ondan qayda pozuntusun soruşduqda və Azərbaycan Respublikasının «Polis haqqında» qanuna əsasən (13.3 maddəsinə) özünü tam təqdim etməsini (vəsiqəsini göstərməsini) xahiş etdikdə, dövlət məmuruna yaraşmayan şəkildə mənə və şəxsi mülkümə güc tətbiq etməyə başladı və maşının qapısını qırmağa cəh etdi. Həmçinin fiziki güc işlədərək məni şəxsi avtomobilimdən çıxarmağa cəhd göstərib. Mən ondan bu hərəkətlərinə son qoymağı və sənəd təqdim etmədən öz sənədlərimi verməyəcəyimi bildirməyə və dəfələrlə xaiş etməyimə baxmayaraq DYP əməkdaşı öz qanundankənar nalayiq hərəkətlərinə və güc tətbiq etməyə davam etdi. Öz təhlükəsisliyimi nəzərə alaraq DYP əməkdaşını maşında gedən videoçəkilişlə bağlı xəbərdarlıq etmişdim. Dövlət məmuruna yaraşmayan şəkildə 2 DYP (digəri Həsənli Həsən) əməkdaşları mənim maşınıma basqın edərək çəkiliş aparan cihazı fiziki güc tətbiq edərək, kobudcasına məndən aldılar və orada olan bəzi videoları silməyə cəhd göstərdilər. Buna baxmayaraq bir neçə videonu silə bilməyiblər. Və bu videonu sizə təqdim edirəm».
Avtosfer.az saytı sosial şəbəkələrdən əldə etdiyi həmin videonu heç bir şərh vermədən təqdim edir.
Yeri gəlmişkən, yol polisi əməkdaşlarının onların video-foto çəkilişinə bu cür sərt münasibət göstərməsi ilk dəfə deyil. Avtosfer.az məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılova müraciət edib. Deputat bildirib ki, bu məsələ ilə bağlı mövcud qanunvericilik onu qane etmir: «Yol polisləri forma geyinibsə, xidməti vəzifəsini icra edirsə, dövlət ona maaş verirsə və o da deyirsə ki, məni çəkə bilməzsən, çox böyük səhv edir. Bəri başdan deyim ki, həmin polisin fəaliyyəti dövlətçiliyin möhkəmlənməsinə xidmət etmir. Görəsən, onun hansı üzdəniraq niyyətləri var ki, çəkiliş aparılmasını istəmir?».
Elməddin Muradlı
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR










