Zolağından çıxan avtobus sürücüləri bu qaydanı pozur - DYP-dən AÇIQLAMA

Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu zolaqların tıxacları daha da artırdığı iddia olunur. Son günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi avtobus sürücülərinin məhz bu zolaqlardan istifadə etməməsi digər sürücülər arasında narazılığa səbəb olub. Belə ki, vətəndaşlar bildirirlər ki, əgər digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qadağandırsa, avtobus sürücüləri də yalnız həmin zolaqla hərəkət etməlidirlər. Əks halda, onlar da qayda pozuntusuna görə cərimələnməlidirlər.
Bəs, bu zaman həmin avtobus sürücülərinə cərimə tətbiq olunurmu?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Baş DYP İdarəsinin Baş inspektoru Elvin Hacıyev Milli.az-a bildirib ki, sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib. Onun sözlərinə görə, digər nəqliyyat vasitələri avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobuslar istədikləri vaxt digər nəqliyyat vasitələrinin yoluna çıxırlar. Bunu isə bəzən məcburiyyətdən etdiklərini deyirlər:
"Bəzi hallarda avtobus zolağı olduğu halda həmin avtobus sürücüləri digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarla hərəkət etdikləri hallar müşahidə olunur. Nəzərə almaq lazimdır ki, avtobus zolaqları 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır.Avtobusun digər zolağa keşməsi istər- istəməz həmin 1.1 yəni, düz xətt üfüqi nişanlama xəttinin tələbinin pozulmasıdır. Bu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir".
E.Hacıyev nəzərə çatdırıb ki, avtobus zolağından çıxdığı halda, istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu onun cərimədən yayınmasına əsas deyil:
"Digər nəqliyyat vasitələrinin avtobus zolağına keçməsinə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsinə əsasən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun yol verdiyi hallar istisna olmaqla 5.9 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri ücün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin avtobus zolağında hərəkət etməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir".
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO












