Qaradağda altıncı körpünün tikintisinə başlanılır - VİDEO

Bakının 12 inzibati rayonunu əhatə edən, indiyədək görünməmiş miqyasda yol təmiri proqramı həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, iyunun 15-dən başlanılan bu proqram çərçivəsində 110 küçə və prospektdən artıq 101-də işlər yekunlaşdırılıb. Bu isə təsəvvür edin ki, orta hesabla hər 33 saat bir küçə və ya prospektin təmirinin başa çatdırılması deməkdir.
Digər tərəfdən isə körpülər də yenidən inşa edilir. Təkcə Qaradağ rayonunda son bir neçə ay ərzində, hər biri təxminən 40–50 günə inşa edilən 5 yeni körpü istifadəyə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda olduğumuz bu ərazidə isə artıq sayca 6-cı körpünün tikintisinə başlanılır.
Son aylarda Qaradağ rayonunda istifadəyə verilən 5 yeni körpüdən 3-ü məhz burda, Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşir.
Digər 2 körpü isə Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində və Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində inşa olunub.
Qobustanda sonuncu istifadəyə verilən körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir. İki dayaq üzərində inşa edilən körpünün tikintisində 20 svaydan və hər birinin uzunluğu 33 metr olan 9 tirdən istifadə olunub.
İndi isə eyni magistral yolun 55-ci kilometrində, Bakı şəhəri istiqamətində daha bir köhnə körpünün sökülərək yenidən inşasına başlanılır.
Bu, Qobustan qəsəbəsi ərazisində sayca 4-cü, ümumilikdə isə Qaradağ rayonunda son aylarda yenidən qurulan 6-cı körpü olacaq.
Beləliklə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir tərəfdən Bakıda genişmiqyaslı təmir proqramı çərçivəsində küçə və prospektlər yenilənir, digər tərəfdən isə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətə düşmüş və sel nəticəsində zədələnmiş körpülər yenidən inşa olunur.
Bütün bunlar təhlükəsiz və rahat hərəkətin təmin edilməsi ilə yanaşı, yol infrastrukturunun dayanıqlığının artırılmasına və gələcəkdə təbii fəlakətlərin mümkün fəsadlarının minimuma endirilməsinə xidmət edir.
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI












