Ərli qadınla yaşayan evli kişi polis çağırdı, özü həbs olundu

Azərbaycanda ərli qadınla bir yerdə yaşayan evli kişi məsuliyyətə cəlb olunub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonlardan birində qeydə alınıb.
28 yaşlı Səfa Kərimov (şərti adla) polisə şikayətində bildirib ki, birgə yaşadığı qadının qohumları onların evinə hücum edib. Polis əməkdaşları şikayət əsasında hadisə yerinə gəliblər. Bu zaman Səfa Kərimov səs-küy salaraq ictimai asayişi pozub və qanuni tələbə məhəl qoymayıb. Fakta görə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.
S. Kərimovun sözlərinə görə, hər ikisi evli olsa da, bir müddətdir ki, Arzu (şərti ad) ilə birgə yaşamağa başlayıb. Arzunun əri və qohumları onların yaşadığı evə hücum etdikləri üçün polisə şikayət edib. Hadisə yerinə gələn polis əməkdaşları onu şöbəyə dəvət edəndə isə qanunsuz əməllərə yol verib. O, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə S. Kərimov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












