Ramil Usubovun yeni işində ilk görüşü - FOTO

Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Ramil Usubovun sədrliyi ilə bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.
BDU-nun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, rektor Elçin Babayev Ramil Usubova yeni təyinatı münasibətilə BDU kollektivinin təbriklərini çatdırıb. R.Usubov Hüquq fakültəsinin professor-müəllim heyətini salamlayıb və yetişdirdikləri yüksəkixtisaslı kadrlara görə təşəkkür edib.
Bildirib ki, YDAK-ın sədri olduğu bu illər ərzində onlarla əlaçı tələbə daxili işlər orqanlarında müvafiq işlərlə təmin edilib. Müdafiədə Cinayət hüququ, Cinayət prosesi, İnsan hüquqları, Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedraları üzrə yerinə yetirilmiş işlər təqdim olunub. Ümumilikdə 30 nəfər bakalavr müdafiə edib, onlardan 26 nəfər “əla”, 4 nəfər isə “çox yaxşı” qiymətlərinə layiq görülüblər. R.Usubov müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib, bakalavrların hazırlığından məmnunluq ifadə edib.
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ
Azadlıq prospektindəki “cib” yığışdırılmalıdır - EKSPERT
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə SAXLANILIB
Samir Şərifova yeni VƏZİFƏ VERİLDİ
Şabranda bələdiyyə sakinlərdən pul alıb sənəd vermir - ŞİKAYƏT
Ramiz Mehdiyevə məxsus bankın lisenziyası ləğv edildi - RƏSMİ










