1875 manata "Peugeot", "Renault", "Hyundai" avtomobilləri

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclardan biri 15 oktyabr tarixində keçiriləcək. Komitədən Avtosfer.az-a verilən məlumata görə, Budəfəki hərraca qoşulmaq istəyən şəxslərin səhmdar cəmiyyətləri və nəqliyyat vasitələri üzrə seçim imkanı var. Hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Mingəçevir, Neftçala, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar “Sabirabad Mexanikləşdirmə”, “Ucar ağac emalı”, “Zabrat Tikinti Quraşdırma” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər. Səhmdar cəmiyyətlərindən biri Ağcabədi rayonu, Hindarx kəndində yerləşən “Ağcabədi Aqrotexservis”-dir. Kənd təsərrüfatı müəssisələrinə və əhaliyə aqro-texniki xidmət üzrə fəaliyyət göstərən müəssisənin ümumi torpaq sahəsi 49.8 min kv.m-ə yaxın, tikili sahəsi isə 6.5 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, 2 ədəd təmir emalatxanası, qazanxana, material anbar və digər tikililər var.
Qeyd edək ki, hərraca buraxılış tarixi 1998-2007-ci illər olan nəqliyyat vasitələri də çıxarılıb. "Peugeot", "Renault", "Hyundai" və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 1875 manatla 12 min manat arasındadır.
Hərracda iştirak statusu qazanmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) üzərindən onlayn formada sifariş vermək və dövlət əmlakının hərrac qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.
Namiq
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











