Porsche 992 ailəsini tam ötürməli Carrera ilə zənginləşdirib - FOTO

Bu gün Frankfurta işinə başlamış avtosalonda 992 ailəsinin yeni fərdləri debüt edib. Bu, baza mühərriki və tam ötürməli çəkiş sisteminə malik olan Porsche 911 Carrera 4 kupe və kabrioletidir.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, Porsche 911 Carrera 4 modelinin təchiz edilidyi 3,0-litrlik altısilindrli biturbomühərriki 385 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Yeni mühərrik əvvəlkindən 15 at qüvvəsi güclü olub. Transmissiya alternativsiz səkkiz pilləli iki muftalı PDK "robotu" və ön oxu qoşan gücləndirilmiş muftadan ibarətdir. Mufta ön differensial kimi maye ilə soyutma sisteminə malikdir.
Porsche 911 Carrera 4 kupesi 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənir. Bu. "robot" ilə təchiz edilmiş əvvəlki modeldə olduğundan 0,3 saniyə yeyindir. Ekstremal Sport Chrono dəstinin sifarişi halında sürətlənmə 3,8 saniyəyə həyata keçirilir. Kabriolet kuzovlu model isə, kupedən 0,2 saniyə yavaşdır. Kupenin maksimal sürəti 290 km/saat, kabrioletin isə, 288 km/saatdır.
992 seriyasındakı arxa və tam ötürməli modellər eyni enə malik olduğundan, Carrera 4 modelini adi "Karreradan" emblemləri sayəsində ayırd etmək olar. Carrera S və Carrera 4S modelləri arasındakı fərq isə, buraxılış sisteminin oval çxış borularının əvəzinə düzbucaqlı boruları, öndə 235/40 ZR19, arxada isə, 295/35 ZR20 şinləri olan daha sadə təkər disklərindədir. Əlavə ödənişlə, bu fərqi də aradan qaldırmaq mümkündür.
Təchizatına görə Carrera 4 digər 911 modellərindən seçilmir. Məsələn, model üçün elektronika ilə iadrəedilən arxa differensialı və karbon-saxsı əyləc mexanizmlərini də sifariş etmək olar. Porsche 911 Carrera 4 modellərinə sifarişlər artıq qəbul edilir.
Avtomobil yayda daha sürətlə köhnəlirmiş
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
Daha bir avtomobil istehsalçısı Özbəkistanda zavod açır
Çin avtomobillərinin ucuzlaşma dövrü başa çatdı
“İkinci əl” avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobillərdə sükan tarix olur? – Ekranla idarə olunan konsept gündəm oldu – VİDEO
Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?
“Togg” elektromobili “ağıllı şassi” üzərində istehsal ediləcək
Təkərlərin quraşdırılması zamanı sürücülərin və ustaların etdiyi ƏSAS SƏHVLƏR
Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir - VİDEO
Yayda avtomobili sıradan çıxaran 5 təhlükəli səhv













