Daxili kreditlə, yoxsa lizinqlə avtomobil almaq sərfəlidir? - VİDEO

Hər kəs rahat və etibarlı avtomobilə sahib olmaq istəyir. Nağd ala bilməyəndə geriyə iki seçim qalır.
Lizinq və ya daxili kredit. Bəs hansı daha sərfəlidir və bu üsullarla avtomobil alarkən nələrə diqqət etmək lazımdır?
Avtosfer.az xəbər verir ki, avtomobil bazarları üzrə qiymətləndirici Sərxan Qədirovun sözlərinə görə, rəsmi gəliri və yaxşı kredit tarixçəsi olan şəxslər bank kreditlərinə, rəsmi gəliri olmayan və kredit tarixçəsi zəif olanlar isə lizinq xidmətlərinə müraciət edirlər. Hər bir variantın özünə məxsus üstünlükləri və çatışmazlıqları var.
Sərxan Qədirov deyir ki, lizinq yolu ilə avtomobil alarkən əlavə xərclər yaranır. Bunlara avtomobilin üzərinə bağlanan P və ya A ilə başlayan nömrələr, qeydiyyat nişanları, kasko sığortası və bank xərcləri daxildir. Bu xərclər ümumilikdə təqribən 1800-3000 manat arasında dəyişir. Daxili kreditdə isə qeydiyyat və müqavilə ödənişləri yalnız 500-600 manata başa gəlir.
Kreditdən fərqli olaraq lizinqdə ödənişlər gecikdiyi və ya edilmədiyi halda avtomobil müsadirə oluna bilər. Kreditin ilkin ödənişi yüksək olsa da, lizinqdə əlavə xərclər daha çox olur. Ancaq ümumi rəqəmlərə nəzər salsaq, daxili kredit cüzi fərqlə daha münasib seçim kimi görünür.
Ətraflı videomaterialda.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










