15 milyon dollara avtomobil nömrəsi satılıb - FOTO

“Telegram” messencerinin yaradıcısı Pavel Durov dəyəri 15 milyon dollar olan avtomobil nömrəsi uğrunda mübarizədə uduzub.
Məlumata görə, aprelin 8-də Dubayda yerli Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə xeyriyyə hərracı keçirilib. Hərraca yalnız bir rəqəmdən (7) ibarət avtomobil nömrəsi çıxarılıb.
Lotun başlanğıc qiyməti 15 milyon dirhəm ( təxminən 4 milyon dollar) olub. Durov avtomobil nömrəsi üçün 35 milyon dirhəm (təxminən 9.5 milyon dollar) təklif edib. Ancaq bir neçə dəqiqədən sonra onun təklifi daha yüksək məbləğlə qüvvədən düşüb. Alıcı anonim qalmaq istəyib.
Dünyanın ən bahalı avtomobil nömrəsi yekunda 55 milyon dirhəmə (təxminən 15 milyon dollara) satılıb.
Satışdan əldə olunan gəlirin bir hissəsi şəhər infrastrukturunun inkişafına, digər hissəsi isə bütün dünyada ehtiyacı olan insanlara ərzaq göndərən bir fonda yönəldiləcək. (oxu.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












