2023 “Hyundai Verna” Hindistanın qapısını döydü - FOTO

"Hyundai” altıncı nəsli olan “Accent”i, “Verna” adı ilə Hindistanda rəsmi olaraq təqdim etdi. Hər nə qədər “Elantra”nın alt modeli olsa da 4.5 metr uzunluğu və 2.6 metrlik eni ilə kiçik həcmli bir avtomobil deyil.
Avtosfer.az xəbər verir ki, yeni avtomobil yerini tutduğu modeldən daha böyük həcmdə bazara çıxarıldı. Avtomobilin dizaynı “Kona”, “Staria” və yaxında təqdim olunacaq “Sonata” kimi geniş LED işıq çubuğuna sahib daha böyük “Elantra”nı xatırladır.
Salon qisminə baxdığımız zaman 10.25 qarışlıq ekran bizi qarşılayır. Eyni zamanda isitmə və havalandırma funksiyalı ön oturacaqlar, dəri döşəmə, lazer işıqlandırma və iki rəng tonunda olan mənzərə insanı cəlb edir. Elektrikli tavanın varlığından söz etməkdən yan keçməzkən, elektromobil sürücü oturacağı, kabelsiz şarj yastığı, hətta sükandan sürətlər qutusu dəyişdiricilərindən bəhs edə bilərik.
“Hyundai” ənənəvi idarəetməyə sadiq olacağını daha əvvəl vurğuladığından 2023 “Verna”nın mərkəzi konsolunda bu elementlərə çox yer ayırdı. Avtomobilin gücü turbo mühərrikli 1.5 litr vasitəsilə gəlir. Bu da 158 at gücü və 253 Nm fırlanma gücünü ortaya çıxarır.
Qeyd edək ki, Hindistanda mövcud olan yeni “Hyundai Verna”nın qiyməti təxmini 13 200 dollardan başlayır. Qrupun ən bahalısı isə 21 000 dollardan alıcılarını gözləyəcək.
Nərmin Əkbər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır




















