60 yaşlı “Mercedes 600” - FOTO

1963-cü ildə Frankfurt avtosalonunda təqdim edilən “Mercedes 600” tamaşaçılarda heyranlıq yaratdı. Bu da səbəbsiz deyildi. Alman markası “Rolls Royce” və “Bentley” ilə rəqabət aparacaq model ortaya qoymuşdu.
Avtosfer.az-ın xəbərinə görə, “Mercedes” şirkəti il bu il sözügedən modelin ildönümünə aid tədbirlər keçirməyi planlaşdırır. Texniki adı “Mercedes-Benz 600 W100” olan avtomobil daha çox “Grand Mercedes” (böyük Mersedes) kimi məşhurlaşıb.
6 nəfərlik avtomobilin 4 və 6 qapılı versiyaları, sedan, kupe və kabriolet tipləri olub. Roma papasının avtomobili isə landole tipli kuzov olub.
Maşının salonu bahalı parça ilə işlənib, kondisioner və elektriklə tənzimlənən oturacaqlarla təchiz edilib. Bura əlavə ödənişlə televizor, soyuducu və telefon da quraşdırmaq mümkün olub. Avtomobil 8 silindrli mühərrik və avtomat ötürücü ilə təchiz edilib.
Avtomobilin istehsalı 18 il davam etdi və 1981-ci ildə dayandı. Bu müddət ərzində 2677 maşın əllə yığılıb.
Avtomobilin müştəriləri də böyük adamlar olub. Bu avtomobil Nikolae Çauşesku, Broz Tito, Səddam Hüseyn, Mao Tse Dun kimi məşhur siyasətçilərin qarajını bəzəyirdi. Avtomobil “Dəmir pərdə”nin bu tərəfinə də keçə bilmişdi. Bu texnika Sovet lideri, “qoca avtoxuliqan” Brejnevin də “avtomobil hərəmxanasında” yer alırdı. Leonid İliçin maşınını 2008-ci ildə bir alman kolleksiyaçı 130 min avroya alıb vətənə qaytardı.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















