ABŞ-də elektromobilə keçid sürətlənir

ABŞ prezidenti Co Baydenin 2 il əvvəl təklif etdiyi işlər reallaşır. Hökumət avtomobillərlə bağlı ekoloji normaların sərtləşdirilməsi planını təqdim edib. Yeni normalar kifayət qədər sərtdir.
Avtosfer.az-ın xəbərinə görə, ABŞ hökuməti yaxın gələcək üçün avtomobillərlə bağlı ekoloji normaları elan edib. Normaya görə 2032-ci ildə ölkədə satılacaq yeni avtomobillərin üçdə ikisi elektromobil olmalıdır. Bu plan prezident Co Baydenin 2 il əvvəlki planları da qabaqlayır. Bayden 2030-cu ilədək ölkədə yeni satılan avtomobillərin yarısının emissiyasız olmasını təklif etmişdi. Söhbət elektromobil, doldurulabilən hibrid və ya hidrogen mühərrikli avtomobillərdən gedir.
Hökumət ekoloji təmiz avtomobillərlə bağlı konkret kvota müəyyən etməyib. Bununla belə, Ətraf Mühitin Mühafizəsi Agentliyi bütün istehsalçılardan zərərli tullantıları tədricən azaltmağı və elektromobilə keçməyi tələb edir.
Plana görə yeni normalar 2055-ci ilədək atmosferə atılan karbon qazının həcmini 10 milyard ton azaltmağa imkan verəcək. Lakin yeganə məqsəd bu deyil. Ölkədə həm ekoloji vəziyyətin yaxşılaşması, həm də idxaldan asılılığın azaldılması hədəflənir. Başqa sözlə, həm idxal neftə tələbat azalacaq, həm də sürücülər yanacağa az pul ödəyəcəklər. Bu plan reallaşarsa 1 trilyard dollar vəsaitə qənaət ediləcək.
Lakin avtomobil istehsalçılarına texnologiya seçməkdə sərbəstlik verilib. Amerikalı istehsalçılar bir qayda olaraq ekoloji normalara əmək etmək üçün maşınların kütləsini azaldır, mühərrikləri təkmilləşdirirdilər. İndi isə yeni katalizator və filtrlərin tətbiqi nəzərdə tutulur.
Bununla belə, istehsalçılar daxili yanma mühərriklərini təkmilləşdirmək yerinə elektromobilə keçməyə üstünlük verirlər. Plana görə 2032-ci ilədək minik avtomobillərinin 67%-i, avtobusların və yük avtomobillərinin yarısı təmiz texnika olmalıdır.
Ekspertlərin qənaətinə görə, yeni normalar 2055-ci ilədək 10 milyard ton emissiyanın qarşısını almağa imkan verəcək. Bu da 2022-ci ildə ABŞ-da təraf mühitə atılan istixana qazlarının 2 misli qədərdir. Bu plan vətəndaşları daha təmiz hava ilə təmin etməyə imkan verəcək.
Normaların reallaşdılması üçün bütün istehsalat prosesi yenidən qurulmalıdır. Bu qədər məsrəfli işi isə avtomobil istehsalçıları təkbaşına qarşılaya bilmir. Səbəb eketromobil satışının aşağı olmasıdır.
Vüqar
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO
Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU











