Reklam

Ağır "Ram 2500" pikapı da "Rebe"l versiyasına sahib olub - FOTO

Avtodünya 30 Sentyabr 2022 19:44 Oxunub 952
Ağır "Ram 2500" pikapı da "Rebe"l versiyasına sahib olub  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağır Ram 2500 pikapının çeşidində Rebel indeksli ofroud versiyası peyda olub. Belə pikaplar artıq baza modifikasiyasında elektron kilidlənən arxa differensial və 33-düymlük ofroud şinləri ilə təchiz olunur. Opsional avadanlıqların siyahısına isə, pnevmodayaqlar və WARN Zeon bucurqadı daxil edilib. Yeni Ram 2500 Heavy Duty Rebel modelinin mühərrik çeşidinə 6,4-litrlik V8 HEMI benzin və 6,7-litrlik sıralı altısilindrli Cummins dizeli daxildir.

 

Yeni Ram 2500 Heavy Duty Rebel versiyası pikapın modifikasiya xəttində Laramie və Power Wagon versiyaları arasındakı yeri tutacaqdır. Pikap beş qolla bərkidilən və vintşəkilli yayları olan bütöv arxa körpünü, elektron kilidlənməsi olan arxa differensialı və 33-düymlük ofroud şinlərini alıb.

Rebel versiyasının standart təchizatına yanacaq çəni və paylayıcı qutunun altındakı qoruyucu təbəqələr daxildir. Opsiyalar arasında arxa pnevodayaqlar və 5,5 ton çəkmə gücünə malik olan WARN Zeon bucurqadı var.

 

Pikapın baza mühərriki səkkiz pilləli “avtomat” ilə tandemdə çalışan 6,4-litrlik V8 HEMI benzin aqreqatıdır. Bu aqreqat 416 at qüvvəsi və 582 Nm fırlanma anı hasil edir. Əlavə ödəniş müqabilində 6-pilləli “avtomat” ilə birlikdə çalışan 6,7-litrlik Cummins dizelini sifariş etmək olar. Sıralı altısilindrli mühərrik 375 at qüvvəsi və 1152 Nm fırlanma anı hasil edir.

Pikapın yükgötürmə qabiliyyəti 1,4 tona, yedəyə alınan qoşqunun kütləsi isə 7,6 tona çatır.

 

Bundan başqa, Rebel versiyası hava girişiləri olan Mopar kapotu, dairəvi müşahidə sistemi, adaptiv kruiz-kontrol, zolaqda saxlama funksiyası və geriyə hərəkət zamanı toqquşmaların qarşısını sistem və 12 düymlük rəqəmsal cihazlar paneli ilə öyünə bilər. Birinci cərgədə üçyerli "divan" və ya ayrı oturacaqlar yerləşdirilə bilər. Materialların seçimi parça, Bristol dərisi, dəri və “nappa” birləşmələri ilə məhdudlaşır.

Ram 2500 Heavy Duty Rebel yalnız iki cərgəli kabinlə satışa çıxarılacaqdır. Tövsiyə olunan qiymət 67 045 dollardır. Pikaplar ilin sonuna qədər diler salonlarında peyda olmalıdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh