“Alfa Romeo Tonale Edizione Bambini”yə salam deyin

“Akfa Romeo Tonale Edizione Bambini” İngiltərədə göstərdiyi çıxışla birlikdə bizi salamlayır. Avtosfer.az xəbər verir ki, şirkət tərəfindən verilən açıqlamalara nəzər salınarsa avtomobil ailələr üçün tamamilə əlverişli model kimi qiymətləndirilir. Ailə dostu ola biləcək modelin arxa tərəfindəki genişlik ilk diqqət çəkən detaldır. Avtomobilin salonunda ən çox cəlbedici olan şey isə telefonlara bağlanan və ön, yaxud arxa tərəfdə yerləşən uşaq oturacaqlarını izləyə bilən monitorun olmasıdır.
Daxili məkandan davam etdiyimizdə uyğun tikişlərlə müşayiət olunan naxışlı Alfa Romeo loqosuna sahib boz rəngin üstünlüyü diqqət cəlb edir.
Bununla yanaşı, avtomobilin oturacaq aralarındakı özəl təchizatlar da fərqlilik qatır. Belə ki, bu sahədə planşet qoymaq üçün yer və tullantılar üçün zibil qabı belə mövcuddur. Arxa sıranın ortasında isə oyuncaq qoyula bilən sahə var.
Baqaj qisminə gəldikdə 12 voltluq tozsoran bizi qarşlıayır. Təbii ki, modeldə olan bir sıra özəlliklər, xüsusilə təmizlik sahəsinə göstərilən diqqət digər avtomobillərdə yoxdur.
Qeyd edək ki, layihənin istehsala keçməsiylə bağlı suallara cavab olaraq şirkət səlahiyyətlisi “Hər fürsətə baxacayıq, amma hal-hazırda konkret bir şey yoxdur” deyə bildirib.
Nərmin Əkbər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır





























