Almaniyada sürücülər ən çox bu nasazlıqlarla üzləşiblər - FOTO

Almaniya Avtomobil Klubu ADAC 2022-ci illə bağlı hesabatını açıqlayıb.
Avtosfer.az-ın xəbərinə görə, ötən il ənənəvi avtomobillərin nasazlığı ilə bağlı müraciətlər azalıb, elektromobillərin nasazlığı ilə bağlı hallar artıb. Statistika sürücülərin müraciətləri əsasında tərtib edilib və sürücülərin özlərinin servisə müraciətlıəri nəzərə alınmır.
2022-ci ildə ADAC-ın patrulları 3,4 milyon dəfə sürücülərə köməklik göstərib. Ötən il ADAC hər gün 9352 müraciət qəbul edib. Başqa sözlə, Almaniyada hər 9 saniyədə 1 avtomobil sürücünü yolda qoyub. ən ağır gün isə 19 dekabr olub. Həmin gün quruma 17 436 müraciət daxil olub.
Alman sürücülərin ən çox rastlaşdığı problem isə 12 voltluq akkumulyator batareyalarının boşalmasıdır. Bu problem ümumi nasazlıqların 43%-ni təşkil edir. Nasazlıq əsasən payızda, havalar soyuyanda müşahidə olunur.
Növbəti yerdə 23,8%-lə mühərrik problemləri gəlir (injektor, alışdırma, elektron sistem və s.)
Elektrik avadanlıqları, starter və generatorla bağlı yoldaqalmalar ümumi nasazlıqların 10,4%-ni əhatə edir.
Təkərlərlə bağlı problemlər nasazlıqların 8,4%-ni əhatə edir
Qalan hissə isə (7%-dən çox) şassi, asqı, tormoz və transmissiya ilə bağlı nasazlıqlardır.
ADAC qeyd edir ki, ötən il hibrid və elektromobillərlə bağlı nasazlıqdan qaynaqlanan müraciətləri kəskin şəkildə artıb. Buna səbəb ilk nəsil modellərin köhnəlməsidir. Onların əksəriyyətinin yaşı onu keçib.
Əgər hibrid və elektromobil sürücüləri yardım üçün 25 000 müraciət etmişdisə, ötən il bu say 52 mini keçib.
Vüqar Yaşaroğlu
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










