"Alpine" "Pikes Peak" yarışları üçün sportprototipi hazırlayıb - FOTO

Alpine “Buludlara doğru yarış” üçün hazırlanmış A110 kupesini nümayiş etdirib. Pikes Peak International Hill Climb qaydalarına uyğun gələn və Signatech şirkətinin iştirakı ilə hazırlanmış idman prototipi trekin xarakterinə uyğunlaşdırılmış yeni aerodinamik kuzov dəstini, başqa işıqlandırma texnikasını və gücü 500 at qüvvəsinə qədər artırılmış mühərriki alıb.
Avtosfer.az xəbər verir ki, avtomobil Time Attack 1 sinfində mübarizə aparacaqdır. Xatıradaq ki, bu sinifin rekordu Porsche GT2 RS Clubsport kupesinə məxsusdur. Piks Paykdakı təpəyə dırmanma yarışları iyunun sonunda keçiriləcəkdir.
Alpine brendi ilk dəfə olaraq Pikes Peak International Hill Climb yarışlarında iştirak edəcəkdir. “Buludlara doğru yarış” trekində yarışacaq avtomobil A110 kupesinin bu güünə qədər yaradılmış ən ekstremal versiyası olacaqdır.
O, Alpine komandasının WRC və WEC çempionatındakı tərəfdaşı Signatech şirkəti tərəfindən inşa edilib. Fransızlar Alpine A110 Pikes Peak kupesini aerodinamikanın əsl şah əsəri adlandırırlar və bu mübahisə predmeti belə deyil: sadəcə bu splitterə, “Le Man” tipli uzununa stabilizatora və iki hissəyə bölünmüş antiqanadına baxmaq kifayətdir.
İdman prototipinin əsasını A110 R “karbon” kupesi təşkil edir. Belə kupe A110 S modelindən 34 kiloqram yüngüldür, lakin konstruktorlar daha da irəli gediblər. Nəticədə, mürəkkəb kuzov dəstinə baxmayaraq, A110 Pikes Peak kupesi orijinaldan 130 kiloqram yüngüldür və 950 kiloqram ağırlığındadır.
Mühərrikin gücü - təxminən 500 at qüvvəsidir. Lakin bu aqreqat barədə heç bir məlumat yoxdur. Xaatırladaq ki, adi A110 R kupesi 300 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 1,8-litrlik “turbodördlük” ilə hərəkətə gəlir. Kupenin ilk “yüzlüyə” sürətlənməsi 4,2 saniyə çəkir, lakin yarış kupesi, əlbəttə ki, daha yeyin olacaqdır.

fins.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












