“Apple” pilotsuz elektromobilinin debütünü 2026-cı ilədək təxirə salıb

Amerikanın “Apple Inc” kompaniyası pilotsuz elektrik avtomobilinin istehsalını 2026-cı ilə qədər təxirə salıb və özünüidarə dərəcəsi ilə bağlı ambisiyalarından bir qədər geri çəkilib.
Avtosfer.az xəbər verir ki, “Apple” rəhbərliyi sükanı və pedalı olmayan, özünü tam idarə edən avtomobillə bağlı baxışlarını mövcud texnologiya ilə həyata keçirilə bilməyəcəyi qənaətinə gəldikdən sonra “Titan” layihəsi son bir neçə ay ərzində qeyri-müəyyən vəziyyətdə qalmışdı. Bu səbəbdən kompaniyanın mütəxəssisləri layihəni korrektə etmək qərarına gəliblər. “Apple” indi həm sükanı, həm də pedalları olan, magistral yollarda avtonom idarəetmə imkanına malik elektromobil hazırlamağı planlaşdırır.
Avtomobilin sürücüsü magistral yolda hərəkət edərkən kinoya baxa və ya oyun oynaya biləcək, şəhər küçələrinə yaxınlaşdıqda və ya hava şəraiti pisləşdikdə isə idarəetməni öz üzərinə götürmək üçün əvvəlcədən bildirişlər alacaq.
azertac
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












