Aston Martin DB11 modelinin varisinin debüt tarixi bəlli olub - FOTO
Aston Martin şirkəti DB11 modelinin varisini buraxacağını təsdiqləyib. Yeni superkarın Aston Martin DB12 adlandırılacağı ehtimal olunur. Superkarın premyerası mayın 24-də keçiriləcəkdir. Qeyri-rəsmi məlumatlara görə, o, 5,2-litrlik V12 biturbo mühərrikini qoruyub saxlayacaq, lakin Mercedes-AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbomühərrikilə də təchiz ediləcəkdir. Yeni modelin dərc edilmiş yeganə tizerində onun yalnız yeni ön fənərlərini görmək mümkündür. Digər təfərrüatlar tezliklə açıqlanacaqlar.
Avtosfer.az xəbər verir ki, Aston Martin modelinin təchiz ediləcəyi multimedia sistemini də böyük bir yeniləmə gözləyir. Bu sistem də Mercedes-Benz şirkətindən götürüləcək, lakin orijinal qrafikaya malik olacaqdır. Əlbəttə ki, yeni multimedia Apple CarPlay və Andorid Auto tətbiqlərini də dəstəkləyəcəkdir.
Tizerdən göründüyü kimi, DB12 sələfindən ciddi şəkildə fərqlənməyəcəkdir. DB11 kupesi 2016-cı ildə debüt edib və iki ildən sonra AMR top versiyasına sahib olub. Top versiyanın 5,2-litrlik V12 mühərriki 638 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. O, adi DB11 modelində quraşdırılan V12 mühərrikindən 30 at qüvvəsi güclüdür. DB 11 AMR modeli 100 km/saata 3,7 saniyəyə sürətlənir ki, bu da istefaya göndərilən DB11 modeldə olduğundan 0,2 saniyə yeyindir. Maksimal sürət - 335 km/saatdır.
Bu arada, 2021-ci ildə Aston Martin şirkətinin rəhbəri Tobias Moers elektrik ötürməsinə keçidin qaçılmaz olduğunu bildirib. Növbəti nəsil Vantage və DB11 modelləri daxili yanma mühərriklərindən məhrum ediləcək, xəttin ilk elektrik superkarı isə 2025-ci ildə işıq üzü görəcəkdir. Yeni Aston Martin elektrik superkarının mühərrik təchizatçısı da Mercedes-Benz şirkəti olacaqdır. Lakin elektromotorlar alman aqretalarının tam surəti olmayacaqlar, çünki onlara “Aston Martin üçün xarakterik olan” xüsusiyyətlərin veriləcəyi vəd edib.
©autograph