"Aston Martin" şirkəti "DB11" superkarının varisi haqqında təfərrüatları açıqlayıb

Tündləşdirilmiş şəkillərdən göründüyü kimi, önmühərrikli flaqman modeli eyni kuzovu qoruyub saxlayacaqdır. Bir sözlə, bu prinsipcə yeni superkardan deyil - söhbət 2016-cı ildə debüt etmiş kupenin təkmilləşdirilməsindən gedir. Bununla belə, avtomobildə çoxlu dəyişikliklər baş verməlidir: optika, kapot, bamperlər, təkər disklər dəyişəcək, üstəlik, yenilənmiş kupe tamamilə fərqli interyerə sahib olacaqdır. Bütün təfərrüatlar mayın 24-də açıqlanacaqdır.
Aston Martin şirkətinin mətbuat xidməti DB11 modelinin varisinin adi qrand turerdən daha böyük bir şey olacağını bildiriblər. Yeniliyin şirkətin 75 illik yubileyi şərəfinə hazırlanmış xüsusi “fişkalara” sahib olacağına dair ehtimallar da var. Tizerlərdə tunc rəngli çoxmilli təkər diskləri olan kupe göstərilir. Kupenin salonunda da müvafiq dekorun olduğu aydın görünür.
Bununla belə, ən çox gözlənilən yenilik tərtibatına yenidən baxılmış salon olacaqdır. Mərkəzi tunelin tündləşdirilmiş şəkilindən göründüyü kimi, önmühərrikli superkar nəhayət ki, arxaik media sistemindən qurtulacaq, kobud hava kanalları və tranmsissiyanın düyməli idarəetmə panelini geridə qoyacaqdır.
Taçpad da şübhəsiz ki, tarixə çevriləcəkdir: Aston Martin Mercedes-AMG texnologiyalarından yararlanacaq və alıcıları müasir məlumat-əyləncə kompleksi ilə sevindirəcəkdir.
Texniki hissə haqqında məlumatlar ziddiyyətlidir. Əvvəlcə şirkətin öz məhsulu olan V12 mühərrikini təqaüdə çıxacağı, yeganə seçimin isə Mercedes-AMG V8 mühərrikinin olacağı barədə şayiələr dolaşırdı. Bununla belə, rəhbərlik dəyişikdikdən sonra strategiyaya yenidən baxıla bilər və V12 aqreqatının həyat dövrünün uzadılması ehtimalı da var.
Aston Martin DB11 modelinin eksteryeri və texniki hissəsindəki yeniliklər ilə bağlı təfərrüatlar gələn həftə, mayın 24-də açıqlanmalıdır. Yeni kupenin DB12 adlanacağı barədə şayiələr dolaşmaqdadır, lakin Britaniya markası ad dəyişikliyini hələlik təsdiqləməyib.
autograph.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












