"Aston Martin" yeni kolleksiya viskisini buraxıb

Bu, yeganə nüsxədə buraxılmış Bowmore ARC-52: The Mokume Edition dekanteridir. Dekanter mayın sonunda Sotheby's hərracında satışa çıxarılacaqdır. O, Aston Martin dizayn üslubu və yapon mokume-qane texnikasından ilham alınaraq yaradılıb, dekanterin qapağı Valkyrie hiperkarının monokokunda və Aston Martin Cognizant Formula One Team komandasının AMR23 bolidində istifadə edilən karbon lifindən hazırlanıb.
Aston Martin şirkəti və Şotlandiyanın Bowmore içki zavodu arasında əməkdaşlıq tək səmənili Black Bowmore DB5 1964 viskisinin buraxılması ilə başlayıb. Pərakəndə satışa çıxarıılmış 25 şüşənin hər biri 50.000 funt sterlinqə satılırdı. Buraxılışı hər iki şirkət üçün dönüş ilinə və əlbəttə ki, əfsanəvi DB5 modelinə həsr olunmuşdu. Zaman keçdikcə bu əməkdaşlıq daha da güclənib və onun davamı, dekoru viski üçün köhnə damlatma kublarından hazırlanmış məhdud tirajlı DBX Bowmore Edition modeli olub.
Aston Martin və Bowmore şirkətlərinin növbəti birgə əsəri eksklüziv Bowmore ARC-52: Mokume Edition dekanteridir. Eksklüziv sürahi yapon mokume-qane metal emalı texnikasından ilhamlanaraq yaradılıb. İncə naxışlı karbon qapaq eyni zamanda ağac teksturalarını, laylı dağ süxurunu, Bowmore içki zavodunun yaxınlığındakı Lox İndaal körfəzinin qara qayalarını və 52 yaşlı viskinin köhnəldiyi “yanmış” çəlləyin içini xatırladır. Şotlandlar viski üçün 60-cı illərdə əldə edilmiş ən qədim və ən qiymətli spirtləri götürüblər.
Eyni zamanda, dekanterin forması Aston Martin markasının dizayn prinsiplərinə əsaslanır. Onlar balans ideyasına, monumental, lakin eyni zamanda zərif və yüngül nisbətlərin birləşməsinə əsaslanır. Dekanter yalnız iki nöqtəyə söykənir, bu da onu demək olar ki, çəkisiz göstərir. Eksklüziv viski Sotheby's hərracında satılacaqdır. Özü də, ilkin hesablamalara görə, dekanterin qiyməti 140-220 min funt sterlinq təşkil edəcəkdir. Alıcı, viski ilə yanaşı, Bowmore içki zavodunu ziyarət etmək və Aston Martin DBX Bowmore Edition avtomobilini idarə etmək imkanı əldə edəcəkdir.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










