"Audi RS 3" hetçbeki “sığır” testində uğursuzluğa düçar olub

İspaniyanın km77 nəşrinin jurnalistləri “qaynar” Audi RS3 hetçbekini “sığır" testindən keçiriblər. “Sığır testi” gözlənilmədən qarşıya çıxan manedən qaçmaq üçün kəskin yerdəyişməni nəzərdə tutur. Sınaq meydançasında isə, avtomobil yola düzülmüş konuslara toxunmadan hərəkətin “əks zolağına” çıxmalı və yenidən öz zolağına qayıtmalıdır.Avtomobilin orta statistk sürücü üçün təhlükəsiz sayılması üçün, o, “sığır” testini 77 km/saat həddində yerinə yetirməlidir. Ekspertlərin gözlədiklərinin əksinə olaraq “qaynar” hetçbek normativi yerinə yetirə bilməyib.
Audi RS3 Sportback modeli 400 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən əfsanəvi 2,5-litrlik beşsilindrli turbomühərrik ilə təchiz olunur. Güc aqreqatı 7-pilləli S tronic “robotu” və quattro tam ötürməs ilə tandemdə çalışır. Sınaqlarda iştirak edən avtomobil əlavə olaraq, adaptiv asıqnın, karbon-keramik əyləclərin, habelə Pirelli P Zero şinlərinin quraşdırılmasını nəzərdə tutan opsional RS plus paketi ilə təchiz edilib.
Bütün təchizata və cəhdlərə baxmayaraq, yeni Audi RS 3 ekspertlər tərəfindən müəyyən edilmiş treki 75 km/saat həddindən yuxarı sürətlərdə keçə bilməyib. Jurnalistlər manevrin istənilən hissəsində avtomobilin hətta təcrübəsiz sürücü üçün özünü anlaşılan və təhlükəsiz apardığını qeyd ediblər. Bununla belə, alman hetçbeki 77 km/saat həddini qət edə bilməyib və bununla da test briqadasını məyus edib.
Slalomda da rekordu qeydə almaq mümkün olmayıb. Bu sınaqlar zamanı Audi RS 3 modeli 23,1 saniyəlik vaxtı qeydə alıb ki, bu da adı çəkilən sınaqlarda əldə edilən ən yaxşı nəticə deyil. Bu dəfə də jurnalistlər avtomobilin güclü tərəflərinin idarəetmədə anlaşılan və təhlükəsiz olduğunu bildiriblər.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












