"Audi RS 3" modeli məhdud saylı tirajla buraxılacaq xüsusi versiyaya sahib olub

Yığcam avtomobillər kateqoriyasında Nürburqrinq rekordçusu olan Audi RS 3 modeli məhdud saylı performance versiyasını əldə edib. Xüsusi seriyadan olan RS3 performance modelləri 300 nüsxəlik tirajla buraxılacaqılar.Audi RS 3 performance edition modeli 300 km/saat həddinə sürətlənməyə qadirdir.

RS Dynamics Package plus (290 km/saat) ilə təchiz edilmiş standart avtomobillə müqayisədə kiçik artıma üfürmənin təzyiqinin 1,5-dən 1,6 bara qədər yüksəldilməsi sayəsində əldə edilib. RS 3 performance modelində quraşdırılan 2,5-litrlik beşsilindrli turbomühərrikin gücü 407 at qüvvəsi (400 at qüvvəsi idi) təşkil edir, lakin daha geniş dövrələr diapazonunda əlçatan olsa da, fırlanma anı eyni, 500 Nm olaraq qalır. 100 km/saata sürətlənmə zamanı da dəyişməyib - 3,8 saniyə.

Güc aqreqatı əvvəlki kimi iki muftalı yeddi pilləli S tronic “robotu” ilə tandemdə çalışır. Arxa oxda təkərlər arasında dartma qüvvəsini paylayan və dönmə çatışmazlığını azaldan standart RS Tork Splitter mexanizmi var. RS 3 performance modelinin təchizatına adi RS 3 modeli üçün opsiya olan karbon-keramik əyləclər, adaptiv amortizatorlar və modifikasiya olunmuş mərkəzi səsboğucusu olan xüsusi idman buraxılış sistemi daxildir. Şinlər - Pirelli P Zero Trofeo R yarıslikləridir.

Modelin fərqləndirici xüsusiyyəti hərəkət zamanı damalı yarış bayrağının naxışını yaradan gündüz hərəkət işıqları olan matrisalı LED fənərlərdir. Qapıların kilidini açarkən sürücü tərəfindəki 15 içıqdiodi "3-0-0" nömrələri ardıcıllığını, bağlayarkən isə "R-S-3" yazısını təşkil edirlər. Eyni zamanda yol səthinə “#RS performansı” həştəqi proyeksiya olunur. Salonda Dinamica mikrofiberi və nappa dəri ilə üzlənmiş yarış oturacaqları, həmçinin mavi təhlükəsizlik kəmərləri var.


Audi RS 3 performance edition modelinin tirajı 300 nüsxə ilə məhdudlaşdırılacaqdır. Çatdırılmalara gələn ilin əvvəlində başlanmalıdır, lakin qiymətlər artıq məlumdur. Hetçbekin qiyməti 75 000 avro, sedanın qiyməti isə 77 000 olacaq. Baza RS 3 modelləri 13 000 avro daha ucuzdurlar: müvafiq olaraq 62 000 və 64 000 avro.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










