Avropada bu maşınların satışı qadağan ediləcək

Avropa İttifaqı ölkələri və Avropa Parlamenti 2035-ci ildən sonra daxiliyanma mühərrikli yeni avtomobillərin satışını qadağan etmək qərarına gəlib.
Avtosfer.az bildirir ki, “Reuters“in məlumatına görə, bu tip avtomobillərə qadağa 2050-ci ilə qədər Avropada neytral iqtisadiyyat yaratmaq planının bir hissəsidir. Qərar Avropa ölkələrinin elektromobillərə keçidini sürətləndirməlidir ki, bu da atmosferə istixana qazlarının emissiyasını azaltmağa kömək edəcək.
Avropa Parlamentinin fransalı deputatı Paskal Kanfen bu qərarı tarixi adlandırıb. Siyasətçinin sözlərinə görə, hazırda Avropada tullantıların 16 faizi avtomobil sektorunun payına düşür, lakin 2050-ci ilə qədər sferanı karbondan neytrallaşdırmaq mümkün olacaq.
Eyni zamanda Greenpeace nümayəndələri Avropa ölkələri hakimiyyətinin qərarını təqdir etməyiblər. "Avropa İttifaqı mənzərəli marşrut seçir, lakin bu marşrut fəlakətlə başa çatır", - təşkilatdan Belçikanın “The Brussels Times” nəşri ilə söhbətdə bildirilib.
Mütəxəssislərin fikrincə, ən geci 2028-ci ilə qədər qalıq yanacaqla işləyən yeni avtomobillər qadağan edilməlidir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












