Avropada işlənmiş avtomobillər SÜRƏTLƏ BAHALAŞIR

Dünyadakı qiymət artımları Avropada yeni avtomobillərdə olduğu kimi, işlənmiş avtomobillərin qiymətinə də təsirini göstərib.
Avtosfer.az xəbər verir ki, son iki il ərzində Avropada işlənmiş avtomobillər 25-30% bahalaşıb.
2020-ci ildən başlayaraq İsveçrədə istifadə olunmuş avtomobillər orta hesabla 28% bahalaşıb. Bunun səbəbi, yeni avtomobillərin istehsalı və göndərilməsi üçün əvvəlkindən daha çox vaxt sərf edilməsi, eləcə də köhnə maşınların satışının azalmasıdır.
Bu barədə qiymətlərə dair onlayn servis olan «Comparis»in açıqlamasında bildirilir. Ən çox qiymət artımı elektromobillərdə qeydə alınıb. İşlənmiş elektrik maşınlarının qiyməti 50%-ə yaxın, hibrid maşınların qiyməti isə təqribən 26% bahalaşıb.
Bununla yanaşı, işlənmiş avtomobillərin təklifi də 29% azalıb – qiymət artımının bir səbəbi də budur.
Avtomobillərin qiymətinə Rusiya-Ukrayna müharibəsi və daşıma marşrutlarının qırılması nəticəsində ənənəvi yanacaqla işləyən avtomobillərin qiyməti bu ilin 1-ci rübündə 23,3 min dollar olduğu halda, 3-cürübün sonunda bu rəqəm 27-29 min dollara yüksəlib.
Bu dövrdə işlənmiş elektromobillərin qiyməti isə 34,6 min frankdan 51-52 min franka yüksəlib.
Ümumiyyətlə, «Comparis»in məlumatına görə, hazırda bazardakı tendensiya elektromobillərə marağın kəskin artdığbını göstərir: «Hazırda iri avtomobil istehsalçılarının hər biri azı 1 elektromobil modeli təklif edir. Bu o deməkdir ki, yaxın illərdə işlənmiş elektromobillərin bazarı kəskin böyüyəcək».
fed.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










