Avropada “şəpiklə” maşın sürmək olarmı? - FOTO

Çimərlik mövsümü gələn kimi sosial şəbəkənin Azərbaycan seqmentində bir müzakirə mövzusu təkrar baş qaldırır: “şəpiklə” maşın sürmək.
Bu məsələdə dəfələrlə sürücülər və polis arasında mübahisə yaranıb. Hətta avtobus sürücüləri də məsələdən narazılıq edir. Bəs Avropada qanun nə deyir?
Avtosfer.az xəbər verir ki, Avropa İttifaqının əksər ölkələrində təkcə “şəpik” deyil, hündürdaban ayaqqabı, “vyetnamka”, ayaqda sabit oturmayan hər hansı digər ayaqqabı növü ilə yanaşı, ayaqyalın avtomobil idarə etmək də inzibati xəta sayılır. Bu da əsassız deyil. Hələ ötən əsrin 70-ci illərindən keçirilmiş çoxsaylı testlərdə məlum olub ki, ayaqqabı ilə olan idarəetmə hissiyyatı ayaqqabısız hissiyyatdan ciddi şəkildə fərqlənir. Ayaqda sabit olmayan ayaqqabı isə ani tormozlama zamanı problem yarada bilər. ən əsası isə, narahayt ayaqqabı məhz tormoz pedalından istifadəyə çətinlik yaradır.
Bu səbəbdən bir çox ölkədə uyğun olmayan ayaqqabı ilə maşın sürənlərə cərimə tətbiq edilir. Cərimə məbləği Belçikada 120 avro, Fransada 35 avrodur. Bu 2 ölkədən fərqli olaraq Almaniyada lüt-üryan avtomobil sürməyə də icazə verilir. İsveçrədə bu maddə qanunda konkret təsbit edilməsə də, Yol Hərəkəti Məcəlləsi sürücüdən avtomobili rahat geyimdə idarə etməyi tələb edir. Bu maddəni əsas gətirərək polis 50 frankadək cərimə tələb edə bilər.
İşin ən maraqlı tərəfi sığorta ilə bağlıdır. Dünyanın heç bir ölkəsində polis sürücüləri kütləvi şəkildə saxlayıb nə geydiyini yoxlamır. Bu, fiziki olaraq da mümkün deyil. Lakin qəza anında sürücünün ayağında uyğun olmayan ayaqqabı varsa, Belçika, Almaniya və Fransada sığorta şirkəti bir qayda olaraq ödənişdən imtina edir. İsveçrədə isə çox vaxt sığorta şirkətləri qəza törədən sürücüyə “üçüncü tərəfə zərər vurma” maddəsi ilə ittiham qaldırır.
Bütün ölkələrdə əksər hallarda bu məsələdə məhkəmələr sürücünün əleyhinə qərar verir.
Vüqar Yaşaroğlu
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır











