Avropanı ilhaq edən Çin avtomobilləri: Mif, yoxsa həqiqət?
Son dövrlərdə dünyada Çin avtomobillərinin sürətlə yayılması normaya çevrilib.
Avtosfer.az-ın xəbərinə görə, son 20 ildə avropalı konstruyktorlardan topladıqları təcrübə və şəxsi səylər hesabına Çin avtomobil bazarında ciddi oyunçuya çevrilib. Artıq bu ölkə avtomobil ixracına görə yaponiyanı qabaqlayıb.
Bəs Avropada necə, Çin maşınları alınırmı? Hazırda Tesla, BMW, Volvo, Smart, Polestar, Dacia, Buick, Chevrolet, Lincoln və Lotus kimi ənənəvi Qərb brendləri istehsalı çinə köçürür. Lakin bunlar Çin avtomobili hesab edilmir.
Statistikaya görə bu ilin ilk yarısında avropada 4 milyondan çox təzə avtomobil satılıb. Bunların arasında Çin modelləri heç 500 minə çatmır.Hesabat dövründə Köhnə qitədə satılan təzə maşınların təxminən 2%-i Çin brendlərinə aid olub.
Çinli istehsalçılar son 3 ildə ciddi və keyfiyyətli modelləri bazara çıxara bilsələr də, bir sindromdan xilas ola bilməyiblər. Dünyada hələ də milyonlarla insan Çinin keyfiyyətli məhsul istehsal edəcəyinə inanmır. Həm də söhbət təkcə avtomobildən getmir. Görünür bu stereotipi qırmaq üçün illər lazım gələcək.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












