Avtomat ötürücülü “Jiquli”: Mif, yoxsa həqiqət? - FOTO - VİDEO

Sovet dövrü, xüsusən də sovet texnikası haqqında əfsanə və yalanları bir yerə toplasaq azı 10 fantastik roman üçün mövzu tapılar. Çox təəssüf ki, bu nağıllara indi də inananlar tapılır. Bunlardan biri də avtomat ötürücülü “Jiquli”dir. Bu məsələdə həqiqət payı böyükdür.
VAZ zavodu sovet dövründə avtomat ötyürücülü maşın istehsal etməyib. Lakin Avropada avtomat sürət qutulu “Lada”lar vardı bəs bu necə ortaya çıxıb?
Avtosfer.az xəbər verir ki, ötən əsrin 70-80-ci illərində xaricə satılan “Lada”lar Belçika və Niderlanddakı zavodlarda müəyyən dəyişiklik edilərək Avropa tələblərinə uyğunlaşdırılırdı. Bunlardan ən maraqlısı isə avtomobillərin avtomat ötürmə ilə təmin edilməsi idi 80-ci illərin avropasında ikipedallı 2103, 2105, 2106, 2107 görmək mümkün idi. Sovet adamı üçünsə bu, əlçatmaz idi.
Maraqlıdır ki, Avropada sovet “Lada”sı “General Motors”un Fransada istehsal etdiyi üçpilləli 3L30 avtomat ötürücüsü ilə komplektləşdirilirdi. Bu cür “VAZ-2103” artıq bazara Lada 1500S Automatic adı ilə çıxarılırdı. Sözügedən sürət qutusu ilə “Opel”, “Peugeot”, “Chevrolet”, “Rover”, “Jaguar”, “Suzuki” kimi avtomobillər də təchiz edilirdi.
SSRİ-nin süqutundan sonra avtomat ötürücülü “Lada2lar geriyə, bu dəfə MDB məkanına təkrar ixrac olundu. Bu gün də rus avtomobil saytlarında tək-tək də olsa belə maşınların satış elanına rast gəlmək mümkündür. Azərbaycanda bu avtomobillərin mövcudluğu haqda isə məlumat yoxdur.
Vüqar




Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










