Belçikadakı kabus motosikletin “sirri” açıldı - VIDEO

Bir neçə gün əvvəl Belçikanın Antverpen şəhərində yolda sürücüsüz hərəkət edən motosiklet ölədə ciddi müzakirə predmetinə çevrilib.
Avtosfer.az xəbər verir ki, avtomobillərin videoqeydiyyatçılarının obyektivinə düşən motosiklet bir anda maraq doğurub. Belə ki, magistralda sürücüsüz orta sürətlə hərəkət edən motosiklet tarazlığını saxlayır. Hətta yol kənarındakı baryerə 4 dəfər toxunsa belə, motosiklet aşmadan yoluna davam edə bilir.
Videoya müxtəlif izahlar verilsə də, sonradan səbəb məlum olub. Sən demə, texnikanı heç bir fövqəltəbii qüvvə idarə etmirmiş. Sözügedən yolda yük avtomobilindən tökülən borular çoxsaylı qəzaya səbəb olub. Bu motosikletin sürücsü də yıxılaraq zədə aldığı üçün xəstəxanaya yerləşdirilib və motosiklet nəzarətdən çıxaraq bir neçə kilometr qət edib. Xoşbəxtlikdən sahibsiz texnika heç kimə xəsarət yetirməyib.
İşin texniki tərəfinə gəlincə, müasir motosikletlər sürət tənzimləyicisi ilə təmin edilir. Həm də fizika qanunlarına görə nəzarətdən çıxan motosiklet müəyyən yolu aşmadan gedə bilər. Bahalı motosikletlərdə isə tarazlayıcı sistem onu çevrilməyə qoymur. Məsələn, 2017-ci ildə Parisin mərkəzini aeroprtla əlaqələndirən yolda “Harley Davidson” aşmadan 6 km qət etmişdi. O zaman da hərəkətin sıx olduğu magistralda heç kim xəsarət almamışdı – xuliqanlıq edən motosikletçidən başqa.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












