Belçikanın utilizasiya proqramında maraqlı detal - FOTO

Avropa ölkələrinin çoxunda utilizasiyaya verilən tələblər eyni olsa da, bəzi xüsusi məqamlar da diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, Belçikada pandemiyadan əvvəl utilizasiya prosesində hökumət həm də avtomobil sayını azaltmağı qərara alır. Bunun üçün də sadə yol tapılır. Avtomobili könüllü təhvil verən şəxs üçün yaşadığı ərazidə nəqliyyatdan 5 il pulsuz istifadə hüququ verilir.
Layihə çərçivəsində konkret neçə adamın bu güzəştdən istifadə etdiyi barədə statistika yoxdur. Lakin o zaman Belçika qəzetləri elə ilk gündə yüzdən çox sürücünün avtomobili təhvil verdiyini yazırdı.
Proses sadə formada təşkil edilmişdi: Avtomobil sahibi nəqliyyat vasitəsini qəbul məntəqəsinə təhvil verir, ardınca polisə gedərək sürücülük vəsiqəsini qaytarır. Sonra isə notariusa gedərək bir daha avtomobil almayacağına və sürücülük vəsiqəsi üçün müraciət etməyəcəyinə yazılı zəmanət verir. Şərəf və ləyaqəti üzərinə and içərək.
Əslində bu sxemə marağın olması təbiidir. Çünki Brüsseldə ictimai nəqliyyatda 1 gedişin qiyməti 2 avrodan çoxdur.
Azərbaycanda avtomobillərin utilizasiya prosesi başlamasa da, bu sahədə texniki planda kifayət qədər iş görülüb. Son 10-15 ildə tikilən müəssisələr istənilən materialın təkrar emalına imkan verir. Qəbul prosesinin başlaması da zaman məsələsidir.
Belə vacib işlər həyata keçirilərkən xarici təcrübə öyrənilməlidir. Lakin yerli reallıq mütləq nəzərə alınmalıdır. Əks halda proses uğurlu alınmayacaq.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı















