"Bentley Continental GT" kabrioletinin “dəniz” versiyalarını təqdim edib

Bentley şirkəti Monakodakı rəsmi dilerinin sifarişi ilə Continental GT Convertible kabrioletinin Mulliner Riviera Collection adlı xüsusi nəşrini hazırlayıb. Avtomobil dizaynerləri üçün ilham mənbəyi Fransız Rivyerası, superyaxtalar və dəniz gəzintiləri olub. Kabrioletlər Aralıq dənizinin rənglərinə boyanıblar, onların interyer tərtibatında isə, ikirəngli dəridən, süni zamşa və təbii ağacdan istifadə olunub.
Bentley Continental GT Convertible Mulliner Riviera Collection üçlüyü Fransız Rivyerasının xarakterini və superyaxtaların estetikasını əks etdirir. Dəniz mövzusu hər bir detalda - hətta kuzov rənglərinin seçimində belə müşahidə oluna bilər. Bentley mütəxəssisləri Aralıq dənizinin çalarlarını simvolizə edən "Egey Mavisi", "Akvamarin" və "Karib Mavisi" rənglərindən istifadə ediblər. Üstəlik, xüsusi versiyada hətta kuzov dəstinin karbon elementləri və baqajın qapağındakı spoyler də boya ilə örtülüb.
Mulliner Riviera Collection avtomobillərinin interyerinin tərtibat sxemi də qeyri-adidir. İnteryerdəki ən maraqlı detallar - qayıq göyərtələrinin üslubunda naxışlı taxta plankalarla bəzədilmiş mərkəzi konsol, başlıqlardakı dəniz düyünləri şəklində tikmə-naxış, həmçinin alkantara əlavələri olan açıq bej dəridən üzlüklərdən ibarətdir. Kabrioletlər ənənəvi olaraq dəbdəbəli yaxta sahiblərinin toplaşdığı Monakoda satılacaqlar.
autograph.az
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












