"Bentley" III Çarlzın tacqoyma mərasiminin şərəfinə xüsusi yastıqlar buraxıb

Britaniyanın Bentley şirkəti III Çarlzın tacqoyma mərasiminin şərəfinə avtomobil yastıqları hazırlayıb. Xatırladaq ki, Böyük Britaniya üçün mühüm olan bu hadisə dünən baş tutub - Londonda Britaniya kralı III Çarlzın tacqoyma mərasimi keçirilib. Kral və onun həyat yoldaşı kraliça Kamillanın tacqoyma mərasimi Vestminster abbatlığında baş tutub. Əlbəttə ki, Britaniya şirkətləri bu tədbir üçün müxtəlif suvenirlər buraxırlar, ona görə də kral sarayını avtomobillərlə təmin edən Bentley brendi də bu prosesdən kənarda qalamayıb.
Bentley komandası əvvəlcə tacqoyma emblemini rəqəmsallaşdırıb, sonra isə üç gün ərzində ən yaxşı tikmə-naxış variantını axtarıb - son versiya seçilməzdən əvvəl, hər birində demək olar ki, 30 min tikiş olan dörd versiya sınaqdan keçirilib.
Tikmə-naxış iki müxtəlif rəngli saplardan ibarətdir, emblemin özü isə üç müxtəlif rəng həllinə malikdir – bunun məqsədi, müxtəlif rənglərdə olan yastıqlar üçün fərdi şəkildə seçilmiş dərilərlə kontrast yaratmaqdır.
Hər bir yastıq əl ilə hazırlanır və bu, üç saatdan çox zəhmət tələb edir. İstehsal üçün Şimali Avropada hazırlanmış dərilərdən istifadə olunur - mülayim iqlim və tikanlı məftillərin olmaması dəridəki qüsurları azaldır. Hər bir dəri kəsilməzdən əvvəl əl ilə yoxlanılır və işarələnir, tikildikdən və formalaşdırıldıqdan sonra hazır yastıq son keyfiyyət nəzarətindən keçir.
Cricketball, Cumbrian Green, Imperial Blue və Saddle rəngli yastıqları müvafiq olaraq Beluga, Porpoise, Newmarket Tan və Imperial Blue vurğuları olan 1,4 millimetr qalınlığında dəridən hazırlanır.
Gerblər qara, ağ, qırmızı və göy rəngli saplarla işlənir. Yastıqların ölçüsü və forması Bentley Heritage Collection kaolleksiyasından olan 1958-ci il Bentley S1 Continental Flying Spur modelinin yastıqlarından kopyalanıb. Yastıqların buraxılış tarixi və ya qiyməti barədə məlumat verilməyib – ilk zamanlar onlar yalnız Bentley şirkətinin Böyük Britaniyadakı mətbuat parkında mövcud olan avtomobillər üçün əlçatan aksessuarlar olacaqlar.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












