"Bentley" şirkəti Hollivuda xüsusi kabrioletləri həsr edib

Bentley avtomobillərinin xüsusi versiyalarının sırasına yeniləri qoşulub. Beverli Hillsdə fəaliyyət göstərən Bentley Beverly Hills diler mərkəzinin sifarişi ilə Continental GTC Speed kabrioletlərinin xüsusi xətti yaradılıb. Xüsusi seriya Hollivudun 30-cu illərdəki qızıl dövrünə və o dövrdə məşhur olan Art Deco üslubuna həsr edilib.
Keçən əsrin avtomobillərindən və kino ulduzları Meri Pikford, Duqlas Feyrbənks, Uill Rocers, Rudolf Valentino və başqalarının üslubundan ilhamlanan yeni Continental GTC Speed tərtibatı ilk növbədə xüsusi dekoru ilə seçilir.

Bütün kabrioletlər əlvan rənglərə boyanırlar. Eyni rəngə seçilən parlaq haşiyələri olan 22-düymlük 10-milli təkər diskləri də malikdirlər. Salonun tərtibatında krem rəngli dəridən, açıq rəngli ağac şponundan və eyni rəngdə tikişlərdən istifadə olunur. Bununla belə, hər bir versiyanın kuzov və interyerinin tərtibatı fərqlidir.
Açıq mavi Jetstream II rəngli avtomobil tünd mavi dəri ilə işlənmiş Imperial Blue interyerinə, boz-yaşıl Sage Green rənginə boyanmış kabrioleti Cumbrian Green rəngli dəri üzlüklərə, zərif çəhrayı Hollywood Blush rəngli kuzovu olan model isə, tünd qırmızı rəngli Cricketball salonuna malikdir.


Hər üç model standart olaraq opsional Styling, Touring və City paketləri ilə təchiz edilir. İşıqlandırılan kandar lövhələrində isə,1930-cu illərə xas olan şriftlə yazılmış "The Beverly Hills" yazısı var.
Beverly Hillstərtibatı texniki təkmilləşdirmələri nəzərdə tutmur - Bentley Continental GTC Speed modeli 650 at qüvvəli 6,0-litrlik W12 mühərrikə, 8-pilləli “robota” və tam ötürməyə malikdir. Hollivuda həsr olunmuş xəttin tirajı məhdud olacaqdır. Bununla belə, Britaniya istehsalçısı buraxılacaq kabrioletlərin tirajını və onların qiymətini açıqlamayıb.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










