"Bentley W12" mühərrikini xüsusi Speed Edition 12 nəşri ilə təqaüdə göndərir - FOTO

2024-cü ilin aprelində Kruda yığılan W12 mühərrikinin erası başa çatacaqdır – Bentley brendinin ikonaya çevrilmiş 6,0-litrlik turbomühərriki yerini V6 və V8 mühərriklərinə əsaslanan hibrid güc qurğularına verəcəkdir.
Avtosfer.az xəbər verir ki, Bentley əfsanəvi mühərriki layiqli şəkildə yola salmaq üçün, kapotunun altında 660 at qüvvəli mühərrik olan məhdud seriyadan olan Speed Edition 12 modellərini buraxacaqdır. Avtomobil ilə birlikdə, alıcı daha bir W12 mühərrikini alacaqdır - ancaq bu əsl mühərrik deyil, onun miqyaslı modeli olacaqdır.
Bentley Speed Edition 12 xəttinin sahibləri üçün yaddaqalan hədiyyə də nəzərdə tutulub – bu, real W12 mühərrikinin 15% miqyasında hazırlanış modelidir. İstehsalçı tamölçülü W12 mühərrikinin silindr blokundan götürülmüş alüminiumdan hazırlanmış miniatür mühərrikin əsl güc aqreqatını tam şəkildə təkrarlayacağını, ofis və ya evdə iş masası, dolab və ya rəf üçün əla bəzək olacağını vəd edir.



autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












