“Bentley”dən "LeMans" zəfərinin şərəfinə “LeMans” kolleksiyası - FOTO

“Bentley”i dəbdəbəli və zərif avtomobilləri ilə tanıya bilərik, lakin bu markanın uzun bir yarış tarixinin olduğu danılmazdır. Belə ki, “Bentley” 2003-cü ildə qazandığı LeMans qələbəsi şərəfinə “Continental GT”nin xüsusi versiyasını istehsal etmək qərarına gəldi. Bu xüsusi buraxılışdan yalnız 48-i istehsal olunacaqdı və “Bentley”in ekzotik yarış mədəniyyətini əks etdirən bəzi xüsusi yeniləmələri özündə ehtiva edəcəkdi.
Avtosfer.az xəbər verir ki, 2003-cü ildə ingilis brendi Team Bentley komandasında “Speed 8” modeli ilə yarışırdı. Hər iki “Speed 8” də xətti keçən ilk avtomobillər idi və bu qələbədən düz 24 il keçir. İndi isə ingilis marka bu qələbəni “LeMans Collection” adı altında qeyd etmək istəyir.
“LeMans Collection” adı altında istehsal ediləcək 48 avtomobildə xüsusi boya ilə yanaşı, 2003-cü ildə finiş xəttini keçən ilk avtomobil olan “Speed 8”in klapanları da olacaq. Bundan əlavə, “Bentley”in ənənəvi analoq saatı 12 saatlıq formatdan 24 saatlıq formata çevrilməyi nəzərdə tutur. Avtomobilin salonundakı örtüklər “Bentley”in illər ərzində qazandığı bütün LeMans qələbələrinə işarə edir.
Qeyd edək ki, marka “Continental GT” LeMans Collection üçün qiymət müəyyən etməyib, amma cəmi 48 avtomobildən ibarət olacaq bu xüsusi kolleksiyanın xüsusi dəyər kəsb edəcəyi bəlli məsələdir. “Bentley”in köklü yarış tarixinə əsaslanan xatirənin şərəfinə istehsal olunacaq “LeMans Collection” seriyası avtomobil tarixinə və yarışa həvəsi olan kolleksiyaçılar üçün mükəmməl seçim olacaq.
Nərmin Əkbər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır

















