"BMW i7" və Uma Turman kəskin süjetli casus filmində çəkiliblər

BMW şirkəti Uma Thurman və i7 M70 xDrive sedanının iştirak etdiyi casus filminin anonsunu verib . 2000-ci illərin əvvəllərində brend dünya kino ulduzlarının və Bavariya brendinin avtomobillərinin iştirak etdiyi kəsin süjetli The Hire (“Kirayə”) adlı qısametrajlı filmlər seriyasını buraxıb.Sonradan belə layihələr nadir hallarda hazırlanırdı, lakin tezliklə bizi brendin qısametrajlı filmlər seriyasından olan daha bir video gözləyir. Ən yeni BMW i7 M70 xDrive elektromobilinin iştirak etdiyi The Calm ("Sakitlik") filminin premyerası Beynəlxalq Kann Film Festivalında keçiriləcəkdir.
Baş rollarda dünya səviyyəli ulduzlar Uma Turman və Pom Klementieffin çəkildiyi filmin icraçı prodüseri Cozef Kosinski, rejissor isə Marvel kainatı filmlərindəki işi ilə tanınan Sem Harqreyv seçilib. Filmin saundtrekini Oskar mükafatlı bəstəkar Hans Zimmer bəstələyib.
“Sakitlik” filmində Pom Klementieff və Uma Turman ayrı-ayrılıqda Kanndakı görüş yerinə çağırılan gizli agentləri oynayırlar. Ancaq əvvəlcə ikili sirli rəqibləri ilə mübarizə aparmalıdır. İki qəhrəman izləyiciləri gərinlikdə saxlayan gizli missiyalarının hekayəsini bir araya gətirmək üçün Martinez otelində bir araya gəlirlər.
“Sakitlik” filminin premyerası mayın 17-də 76-cı Kann Film Festivalı çərçivəsində baş tutacaq və həmin gün YouTube kanalına yüklənəcəkdir. BMW şirkətindən verilən məlumata görə, ilk nümayiş BMW i7 sedanının salonunda quraşdırılmış 31,3 düymlük panoram displeyi və 36 dinamikli Bowers & Wilkins səs sistemi olan BMW Theater Screen kompleksində baş tutacaqdır.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










