BMW-nin bu modeli 324 km/saat sürətlə hərəkət edir - FOTO

Alpina şirkəti təkmilləşdirdiyi BMW 8 Series modelini bir il bundan əvvəl nümayiş etdirsə də, onun yenilənməsini gecikdirməyib. Yenilənmiş 8 Series modelinin ardınca BMW Alpina B8 Gran Coupe sedanın da yeniləndiyi bildirilib.Təəssüflər olsun ki, bu sedan Alpina şirkətinin model çeşidindəki yeganə B8 modelidir: şirkət mütəxəssisləri kupe və kabrioleti təkmilləşdirməyə imkan tapmayıblar. Üstəlik, yenilənmə nominal xarakter daşıyır.
İlkin model ilə birlikdə Alpina B8 Gran Coupe də dəyişdirilmiş "burun dəliklərinə" sahib olub: onların çərçivəsi daha qalın, şaquli çubuqlar isə ikilidirlər. Salonda 10,25-düymlük ekran əvəzinə 12,3-düymlük displeyə sahib olan təkmilləşdirilmiş multimedia sistemi quraşdırılıb.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Aplina sedanı tərtibat və təchizatdakı xırda nüansları da əldə edib. BMW şirkətinin standart bamperlərdən imtina etməsi Alpina sedanına təsir göstərməyib: B8 Gran Coupe əvvəldən təkmilləşdirilmiş M-dəstinə malik idi.
Mexaniki hissə də əvvəlki kimi qalıb. Kapotun altında ikiaxınlı turbokompressor cütülüyünə malik olan 4,4-litrlik V8 mühərriki yerləşir. Güc aqreqatının hasilatı 621 at qüvvəsi və 800 Nm fırlanma anıdır.
Alpina 8-pilləli "avtomatı" və tam ötürməs sistemini öz istəyinə uyğun olaraq tənzimləyir. Arxada özükilidlənən differensial, asqıda isə adaptiv amortizatorlar quraşdırılır. Alpina B8 Gran Coupe modelinin dinamik göstəriciləri də dəyişməyib: sedan 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 324 km/saat həddinə qədər sürətlənir.
Ən maraqlısı odur ki, M8 modelini istefaya göndərməklə BMW şirkəti Alpina firmasının işini bir qədəryüngülləşdirib. Bu günə qədər hər iki avtomobil bənzər ideologiyaya malikdilər və bir-biri ilə rəqabət aparırdılar. İndi isə, alman istehsalçısnın çeşidində yalnız 625 at qüvvəli BMW M8 Competition modeli qalıb. Odur ki, daxili rəqabət əvvəlki qədər kəskin deyil.
Yenilənmiş BMW Alpina B8 Gran Coupe sedanına sifarişlər artıq qəbul edilirlər. Almaniyada belə sedan 162 min avrodan başlayan qiymətlər ilə təklif olunur. Xatırladaq ki, M8 Competition modelinin qiyməti 169 mindən başlayır.
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO














