"BMW" yenilənmiş Z4 rodsterini təqdim edib

BMW şirkəti yenilənmiş Z4 rodsterini təqdim edib. Yenilənmə ilə birlikdə rodster "normal" kuzov dəstini itirib: artıq bütün bazarlarda Z4 modelləri standart olaraq M Sport paketi ilə təklif ediləcəkdir. Ən sadə disklər 18 düymlükdürlər.
Eksteryerdəki təkmilləşdirmələr iri atıbucaqlı "pətəkləri" olan radiator barmaqlığından, əyləclərin soyudulmasına cavabdeh olan hava girişlərinin və ön bamperin dəyişdirilmiş dizaynından ibarətdir. İnteryer və texniki hissədə heç nə dəyişməyib.

Rəsmi şəkillərdə yenilənmiş BMW Z4 rodsteri bənövşəyi Thundernight metallik rəngində göstərilib: bu, rodsterin rəng palitrasındakı yeni çalardır. Əvvəllər bu çalar yalnız 2 Series kupesi üçün təklif edilirdi. Restaylinqdən sonra daha iki rəng - Portimao Blue və Skyscarper Grey metallikləri palitraya əlavə olunub.
İnteryerdə dəyişikliklər olmasa da, bəzi bazarlarda sDrive30i modifikasiyası daha zəngin təchizata malik olub: inteqrasiya edilmiş başlıqları olan oturacaqlar, habelə M Performance sükanı və pedalları artıq standart təchizata daxildirlər. Hətta sDrive20i baza versiyası belə M40i top versiyasına bənzəyir. Bununla belə, BMW mühərrik çeşidini genişləndirməyib və mövcud olan mühərrikləri gücləndirməyib.


Şayiələrin əksinə olaraq, altısilindrli BMW Z4 rodsteri mexaniki transmissiya almayıb. Mexaniki transmissiya yalnız 197 at qüvvəli 2,0-litrlik mühərriki ilə təchiz edilmiş rodster üçün əlçatandır. Səkkiz pilləli "avtomat" – standart transmissiyadır, opsiyalar siyahısında adaptiv asqı və elektron idarəolunan differensial var.
Yenilənmiş BMW Z4 M40i modelinin ABŞ-da əvvəlki kimi 66,3 min dollara satılır. BMW sDrive30i versiyası simvolik olaraq 1300 dollar (indi 52,8 min dollardan) bahalaşıb, lakin təkmilləşdirilmiş avadanlığı nəzərə alsaq, qiymətin dəyişmədiyini söyləmək olar.
autograph.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












