Bu ölkədə elektromobillərə vergi tətbiq ediləcək

Böyük Britaniyada elektromobillər üçün vergi tətbiqi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu vergi ənənəvi avtomobillərə tətbiq olunan yanacaq rüsumunun analoqu olacaq. Yeni verginin məbləğinin ildə 240 funt sterlinq (500 AZN) olacağı gözlənilir.
Vergi tətbiqinin səbəbi elektromobillərin sayının artmasıdır. Bunun nəticəsində dövlət büdcəsinə yanacaq rüsumundan gələn gəlirlər ciddi şəkildə azalır. Hökumət məhz bu itkini kompensasiya etməkl istəyir.
Vergi 2028-ci ildən tətbiq ediləcək. Hökumət bu yolla hər il 1,8 milyard funt (4 milyard AZN) gəlir əldə etməyi planlaşdırır. Qərar narazılıqla qarşılanıb.
Qeyd edək ki, Britaniya elektromobillərə güzəştləri azaldan ilk ölkə deyil. Bu nəqliyyat vasitələri populyarlaşdıqca əksər ölkələr subsidiya və güzəştləri ləğv edir.
Vüqar
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












