Reklam

"Buick Century" minivenə çevrilib - FOTO

Avtodünya 6 Noyabr 2022 09:30 Oxunub 1036
"Buick Century" minivenə çevrilib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Buick Century adı tarixən ənənəvi olaraq minik avtomobillərinə verilib: Amerikada 1936-2005-ci illər arasında (qısa fasilələrlə), Çində isə 1998-2008-ci illərdə bu addan istifadə edilib. Ancaq indi yenidən canlanmış Buick Century modeli, amerikan brendinin Çindəki model xəttinin flaqmanı olan böyük və dəbdəbəli minivendir. Beş ay bundan əvvəl bu avtomobil Buick GL8 Century qoşa adı ilə elan edilsə də, nəticədə istehsalçı seriya minivenini bu yaxınlarda restaylinqdən keçmiş və daha bir neçə il model çeşidində qalacaq GL8 miniveninin əvvəlki nəsillərindən uzaqlaşdırmaq qərarına gəlib.

 

Buick Century modeli GM konserninin Çindəki studiyası tərəfindən hazırlanmış və artıq Buick Envista krossoverində istifadə olunan yeni korporativ dizayn üslubunda görünüşə sahib olub. Bu üslubun xarakterik xüsusiyyətləri ön tərəfin köpəkbalığı burnu formasında tərtibatı, bir qədər mənfi bucaqda quraşdırılmış radiator barmaqlığının geniş “ağzı”, həmçinin “böyük dişlər” şəklində olan baş optikasıdır. Bundan başqa, miniven markanın yeni loqotipini də alıb.

 

Üçüncü nəsil GL8 miniveni ilə müqayisədə Century modelinin təkər bazası 3088-dən 3130 millimetrə, uzunluğu 5188-dən 5230 millimetrə, eni isə 1878-dən 1980 millimetrə (ən böyük artım buradadır) qədər artırılıb. Minivenin hündürlüyü 1867 millimetrdir. Sürüşdürülərək açılan arxa qapılar böyüdülüb. Ancaq arxa müstəqil asqısı və yayları olan platforma eyni qalıb.  Mühəndislər platformaya lazımi dəyişikliklər də ediblər.

 

İki ekranlı günəşliksiz panel hələ üçüncü nəsil GL8 modelində peyda olub, lakin Century modelində interyerin təkamülü davam etdirilib. Artıq klimat-kontrolun ayrıca idarəetmə paneli yoxdur: ön paneldə bir neçə "qaynar" düymə olsa da, tamölçülü idarəetmə media sisteminə inteqrasiya edilib. Transmissiyanın  idarəedilməsinə sağ sükanaltı dəstəyə həvalə edilib, elektriklə tənizimlənən oturacaqların idarəetmə panelləri qapılarda yerləşdirilib.

 

Buick markasının bayraqdarı titulunu almış Century miniveni yalnız Avenir adlı ən zəngin versiyalarda debüt edib. Hətta ilkin altı nəfərlik versiyada (üç cərgəli) belə miniven nappa dərisi ilə üzlənmiş oturacaqlara, səs-küyün aktiv boğulması funksiyası olan Bose audio sisteminə və panoram dama malikdir. İkinci cərgədə 14 istiqamətdə elektriklə tənzimlənmə, isitmə və havalandırma funksiyası olan kreslolar var: bu təsərrüfatı idarə etmək üçün dirsəkaltılara sensorlu panellər quraşdırılıb. Üçüncü sıradakı oturacaqlar da fərdi dirsəkaltılara malikdirlər. Baqajın həcmi oturacaqların konfiqurasiyasından asılı olaraq 612 - 1850 litr arasındadır.

 

Çeşidin zirvəsində dörd nəfərlik salonu və ikirəngli kuzovu olan VIP nümayəndəlik versiyası var. Arxa bölüm ön tərəfdən arakəsmə ilə ayrılır. Arakəsməyə 32-düymlük televizor, konfranslar üçün videokameralar və 13 litrlik soyuducu quraşdırılıb. Geriyə doğru çəkilmiş dəbdəbəli kreslolar artıq 18 istiqamətdə tənzimlənir, titrəyişli masaja malikdirlər və onların arasındakı konsolda səkkiz düymlük sensorlu ekran quraşdırılıb. Panoram dam isə 528 işıqdiodundan ibarət olan "ulduzlu səma" ilə əvəzlənib.

 

Buick Century modelinin alternativi olmayan güc aqreqatı GL8 modellərindəki ilə eynidir. Bu, doqquz pilləli “avtomat” ilə birlikdə çalışan, 48 voltluq starter-generatoru olan 2,0-litrlik dördsilindrli turbomühərrikdir. Onun hasilatı 237 at qüvvəsi və 350 Nm təşkil edir. Ötürmə yalnız ön oxadır. Buick Century modelinin təchizatına eCruise Pro sistemi, yəni ikinci səviyyəli kvazi-avtopilot da daxildir.

Yeni Century Avenir modeli Çin bazarında ilin sonuna qədər satışa çıxmalıdır. Altıyerlik miniven 72 000 dollara, dördyerlik VIP versiyası isə 83 000 dollara başa gələcəkdir. Xatırladaq ki, GL8 modelinin VIP versiyası üçün 78 000 dollar tələb olunur.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh